17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 22.02.2021 2 884

Bu gün torpaqlarımız işğal altından azad edilib. Vətənimiz azaddır! 

Qalib ölkənin gənci olmaq, unudulmaz tarixə şahidlik etmək, bir gənc kimi hər birimizə qürurvericidir.
Bunun üçün ilk növbədə Ali Baş Komandanımız, Prezident İlham Əliyev və onun yenilməz, müzəffər ordusunun qarşısında baş əyirik!
Biz gənclərə, bu qüruru yaşatdığınız üçün var olun!

Bizi digər ölkə gənclərindən fərqləndirən, hansı sahədə, hansı peşə ilə məşğul olmağımızdan asılı olmadan, vətənpərvərlik, torpağa, dövlətə sədaqət hisslərimizin  yüksək olmasıdır. 

Sözsüz ki, dövlətimiz tərəfindən bu istiqamətdə sistemli işlər görülmüşdür. Bütün bunlarla yanaşı, biz gənclərdə vətənpərvərlik hisslərinin yüksək olması ilk növbədə milli-mənəvi özünüdərkindən keçir. Hər bir gənc, vətəndaş dərk etməlidir ki, hansı vətəni, milləti, milli xüsusiyyətləri təmsil edir. Xüsusilə nəzərə almaq lazımdır ki, Azərbaycan 30 ilə yaxın  müharibə vəziyyətində olan dövlət olub. 

Gəlin etiraf edək ki,biz  gənc nəslin vətənpərvərlik ruhunun artırılmasında “Dövlət Gənclər Siyasətinin” rolu danılmaz faktdır.
Ulu öndər Heydər Əliyevin 1999-cu il iyulun 29-da imzaladığı “Dövlət gənclər siyasəti haqqında” fərmanla müstəqil dövlətimizdə gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait, cəmiyyətin həyatında onların fəal iştirakının təmin edilməsi üçün siyasi, sosial-iqtisadi və hüquqi baza yaratmış, gənclərin dövlət quruculuğu işinə geniş cəlb olunmasına və ictimai-siyasi fəallığının artmasına kömək etmişdir.

Gənclər siyasətinin düzgün həyata keçirilməsi dövlətin cəmiyyətdəki dayaqlarını möhkəmləndirməklə yanaşı, onun həyata keçirməyə çalışdığı siyasətin dəstəklənməsinə və müvəffəqiyyətlə həyata keçirilməsinə də gətirib çıxarır. Çünki gənclər dövlətin gələcək idarəçiləri, qabaqcıllarıdır.
Bu gün biz gənclərin inkişafı üçün heç bir çətinlik yoxdur, əksinə daha çox imkanlar var.

İlk növbədə   dövlətimizin yaratdığı imkanlardan istifadə edərək,təhsil almaq və aldığımız təhsil sahəsində uğurla addımlamaqdır.
Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir. Təhsilli, yüksək intellektual bacarığa malik insan kapitalı formalaşdırmaqda və güclü iqtisadiyyat qurmaqda dövlətin oynadığı rol bu gün daha aktualdır. Gənclərin intellektual inkişafının dəstəklənməsi istiqamətinə xüsusi diqqət ayrılmışdır.

Bizim üzərimizə düşən bu şəraitdən vaxtında və düzgün istifadə edib, bizlərə olan etimadı doğrultmaqdır, axı biz “Qalib Ölkənin Gəncləriyik”!
Hörmətlə,
Binəqədi Gənclər Evinin İctimai Əlaqələr üzrə meneceri
Aytən Natiqli
Operativ24.az






Starxeber Bizi instagramda izləyin