17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 22.02.2021 825

Dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edən könüllülər dövlət qurumlarının fəaliyyətində fəal iştirak edərək öz töhfələrini verməkdədir. Könüllülük bir çox fəaliyyət sahələrinə nüfuz edərək ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq, cəmiyyətimizin bütün təbəqələrini əhatə etmiş, gənclərimizin həyat tərzinə çevrilmişdir.

Ölkəmizdə könüllülük hərəkatının daha da inkişaf etməsinə Bakı Nəqliyyat Agentliyi "Nəqliyyat Könüllüləri" proqramı ilə öz töhfəsini verməkdədir. 
Əziz gənclər, 2021-ci il üzrə "Nəqliyyat Könüllüləri" proqramına yeni könüllülərin cəlb edilməsi prosesinə start veririk. 

Bakı şəhərinin mobilliyi, əlçatanlığı və təhlükəsizliyi istiqamətində Agentliyin həyata keçirdiyi fəaliyyətlərə dəstək olaraq, aidiyyəti sahədə bilik və bacarıqlarını inkişaf etdirmək istəyən, 18 yaşı tamam olan şəxslər öz CV formalarını 01 aprel 2021-ci il tarixinədək konullu@bna.az elektron ünvanına göndərə bilərlər.

Seçilən könüllülər müsahibə mərhələsinə dəvət ediləcəklər, müsahibə mərhələsini keçən könüllülərə mail vasitəsilə məlumat veriləcəkdir. 
Qeyd edək ki, "Nəqliyyat Könüllüləri"ni qarşıda maraqlı bir proqram gözləyir. Keçiriləcək təlimlər, təcrübə proqramı və təqdimatlar zamanı könüllülər bilik və bacarıqlarını inkişaf etdirəcək,  mövcud karantin qaydalarına uyğun olaraq Agentliyin həyata keçirəcəyi müxtəlif sosial layihələrə, aksiyalara qatılacaq və tabeli qurumlarda təcrübə səfərlərinə yollanacaqlar. 2 ay müddətində müvafiq şöbələrdə və tabeli qurumlarda təcrübə keçən könüllülərə qiymətləndirmələrin nəticələrinə uyğun olaraq sonda sertifikatlar təqdim ediləcəkdir.
Operativ24.az






Starxeber Bizi instagramda izləyin