17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 20.02.2021 581

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində bütün bölgələrdə olduğu kimi, İsmayıllı rayonunda da əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi uğurla davam edir.

"Operativ24.az" xəbər verir ki, əslən İsmayıllının Xankəndi kəndindən olan 1920-ci il təvəllüdlü Ziliyeva Şamama Sədir qızına səyyar tibb işçiləri tərəfindən öz evində peyvənd vurulub. Könüllü olaraq nəvəsi tərəfindən qeydiyyatdan keçən Şamama nənə 101 yaşının olmasına baxmayaraq peyvəndin vurulmasının vacib olduğunu və vaksindən sonra özünü yaxşı hiss etdiyini qeyd edib. Ona göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə öz minnətdarlığını bildirib. 

Məlumat üçün bildiririk ki,  bir neçə gün öncə də 100 yaşlı 1921-ci il təvəllüdlü Təzəkənd kənd sakini Səfərova Dosdu Məlik qızıda peyvənd edilib.

Rayonda fəaliyyət göstərən mobil qruplar vətəndaşların ünvanına gedərək təbliğat, təşviqat aparır,  könüllü COVID-19 xəstəliyi əleyhinə peyvənd olunmaq istəyən şəxslərə evlərində randevu.Its.gov.az internet saytı vasitəsi ilə qeydiyyatdan keçirərək randevu tarixi alınmasına köməklik göstərirlər. Həmçinin, yaradılmış səyyar tibb işçiləri fiziki imkanları məhdud olan sakinləri nəzərə alaraq,  evlərinə gedərək peyvənd vururlar.

8 fevraldan başlayaraq  Rayon Mərkəzi Xəstəxanasında indiyə kimi 50 yaşdan yuxarı 1200-ə yaxın vətəndaş peyvənd olunub. 

Əlavə olaraq qeyd edirik ki, xəstəliklərin yayılmasının qarşısının alınmasında ən yaxşı vasitələrdən birincisi peyvənd olunmaqdır. Buna görə vaksinasiyadan sonra da tövsiyə edilən qaydalara maksimum dərəcədə əməl edilməlidir. 

Odur ki, özünüzün və ətrafınızdakı insanların sağlamlığını düşünərək vaksin vurdurmağınız tövsiyə olunur.








Starxeber Bizi instagramda izləyin