17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 19.02.2021 446

Zabrat qəsəbəsində inşa edilən avtomobil alt keçidi istifadəyə verilib.

"Operativ24.az"
xəbər verir ki, Oktyabr küçəsi ilə Musa Bayramov küçəsinin kəsişmələrində tikilən bu keçid eyni vaxtda həm qatarların, həm də avtomobillərin təhlükəsiz hərəkətinə imkan yaradacaq. Əvvəllər həmin ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi nəqliyyat vasitələrinin eyni vaxtda hərəkətinə çətinlik törətməklə bərabər, təhlükəli vəziyyətə səbəb olurdu. Keçidin inşası baş verə biləcək qəzaların qarşısını almaq məqsədi daşıyır. Qatarların hərəkəti zamanı, xüsusilə də pik saatlarda avtomobillər gözləməli olurdu ki, bu da öz növbəsində əlavə vaxt itkisi demək idi. Keçidin tikintisi dəmir yolu ilə avtomobil yolunun eyni səviyyəli kəsişmələrində nəqliyyat vasitələrinin və insanların hərəkətinin təhlükəsizliyini təmin edəcək. 

Tikinti işlərinə 2019-cu ilin avqustundan başlanılan Zabrat avtomobil keçidinin eni 8 metr, hündürlüyü 5 metr, ümumi uzunluğu isə 227 metrdir. Qapalı hissənin uzunluğu 30 metr, açıq hissənin uzunluğu 197 metr təşkil edir. Keçiddə iki istinad divarı inşa olunub. 900 paqonmetr yeni avtomobil yolu çəkilib. Yağış və qrunt sularının kənarlaşdırılması üçün nasosxana tikilib, 5 ədəd nasos quraşdırılıb.
Ümumilikdə indiyədək Abşeron Dairəvi dəmir yolu boyunca 12 yerdə avtomobil yolları ilə dəmir yollarının eynisəviyyəli kəsişmələri ləğv edilib. Həmin ərazilərdə avtomobil keçidləri inşa olunub.






Starxeber Bizi instagramda izləyin