22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 19.02.2021 410

Milli Məclisin VI çağırış deputatı, Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva şəxsi "feysbuk" hesabında Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumunun keçirilməsi haqqında öz fikirlərini yazıb.

"Dünən Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib.
44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra baş tutan bu forum xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iki ölkə arasındakı münasibətlərə yüksək qiymət verərək müəyyənləşdirdiyi “Bir millət, iki dövlət” prinsipi əlaqələrimizin inkişafında möhkəm təməldir. Şanlı qələbəmizin əldə edilməsi zamanı Türkiyənin göstərdiyi siyasi və mənəvi dəstək də bu prinsipin həyata keçirilməsinin ən bariz nümunələrindən biri oldu. Dövlət başçılarının səmimi dostluq münasibətləri, əməkdaşlığın genişləndirilməsi istiqamətində verdikləri tapşırıqlar Azərbaycan-Türkiyə əməkdaşlığının dərinləşdirilməsini şərtləndirən əsas amillərdir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun tarixi vətən müharibəsindəki zəfərindən sonra ölkəmiz üçün daha da parlaq gələcəyi şərtləndirən yeni dövr başlayıb. Cənab prezidentimizin çıxışlarında qeyd etdiyi kimi hədəfimiz Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməkdir. Bu yolda da ilkin tərəfdaşımız əlbəttə ki, türkiyəli qardaşlarımızdır. Təsadüfi deyil ki, bügun Azərbaycan və Türkiyə bir-birinin ən önəmli siyasi müttəfiqi, əsas ticarət tərəfdaşı və sərmayəçisidir.
Bunun nəticəsində türk şirkətləri artıq infrastruktur layihələrini icra etməyə başlayıblar. Zəfər yolu adlanan Füzuli-Şuşa yolu, həmçinin Toğana-Kəlbəcər yolunun tikintisində artıq türk şirkətləri iştirak edirlər. Bundan əlavə, Füzulidə tikiləcək hava limanının layihəsində də türk şirkətlərinin iştirakı nəzərdə tutulub. Heç şübhəsiz, ölkəmizin müdrik prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında xalqımız öz birliyi və zəhməti ilə qaniçən və mənfur ermənilər tərəfindən yerlə-yeksan edilmiş doğma torpaqlarımızı tez bir zamanda bərpa edəcəklər. Yurdsevər insanlarımız öz ata-baba yurdlarına sevinc və fərəh hissi ilə qayıdacaq, böyük coşğu ilə orada qurub yaradacaqlar."-deyə xanım millət vəkili yekunlaşdırıb.

Operativ24.az






Starxeber Bizi instagramda izləyin