17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 19.02.2021 460

Milli Məclisin Azərbaycan-İndoneziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Bəxtiyar Əliyev İndoneziya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Muhammad İqbala və qrupun üzvlərinə təşəkkür məktubu ünvanlayıb.

"Operativ24.az" xəbər verir ki, məktubda Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı İndoneziya Respublikasının Nümayəndələr Palatasında qəbul edilmiş, tarixi faktlara söykənən və BMT TŞ-nin qətnamələrinə istinad edən siyasi bəyanat yüksək qiymətləndirilib, İndoneziya parlamenti tərəfindən verilən bu qardaş dəstəyinə görə dostluq qrupu adından həmkarlarına minnətdarlıq ifadə olunub.

Məktubda həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası dost İndoneziya Respublikası ilə ikitərəfli əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə böyük önəm verir. Məktubda birgə səylər nəticəsində parlamentlərarası əməkdaşlığımız bundan sonra da dərinləşəcəyinə və bunun xalqlarımız arasında mövcud əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, 10 fevral 2021-ci il tarixində İndoneziya Respublikasının Nümayəndələr Palatasının İndoneziya-Azərbaycan parlament dostluq qrupu tərəfindən Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar bəyanat qəbul edilmiş, bəyanatda ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi insanlığa sığmayan cinayətlər qınanılmış və Ermənistanın BMT TŞ-nin qətnamələrinə məhəl qoymaması pislənmişdir.






Starxeber Bizi instagramda izləyin