22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 18.02.2021 466

Südçülük sektorunda fəaliyyət göstərən fermer və sahibkarlarla onlayn görüş keçirilib.

"Operativ24.az" xəbər veri ki, görüşdə Kənd təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin  nümayəndələri, Azərbaycan Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Samir Eyyubov, süd və süd məhsulları istehsalı, emalı ilə məşğul olan fermer və sahibkarlar iştirak ediblər. 

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, heyvandarlığın inkişafı üçün dövlət tərəfindən göstərilən sistemli dəstək tədbirləri nəticəsində 2019-cu il ilə müqayisədə 2020-ci ildə heyvandarlıq məhsullarının istehsalında 3,1 faiz artım qeydə alınıb. Müqayisə olunan dövrdə ölkədə süd istehsalı 1.9% artaraq 2.19 milyon ton olub. 

Görüşdə ölkədə südçülük sektorunun mövcud vəziyyəti ilə bağlı fikirlər bölüşülüb, bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. Ölkədə südçülüyün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub. Vurğulanıb ki, heyvandarlığın inkişafında qaramalın cins tərkibinin yaxşılaşdırılması yolu ilə məhsuldarlıq potensialının yüksəldilməsi, güclü və sabit yem bazasının yaradılması, yarımintensiv və intensiv saxlama üsullarının daha geniş tətbiq edilməsi strateji fəaliyyət istiqamətləri kimi müəyyən edilib. Eyni zamanda, heyvandarlıqda yarımintensiv və intensiv saxlama üsullarının daha geniş tətbiq edilməsinin vacibliyi diqqətə çatdırılıb. 

Tədbirdə süd istehsalçıları və tədarükçüləri arasında dəyər zəncirinin təşkili, südlük istiqamətli yeni cins heyvanlara üstünlük verilməsi, intensiv texnologiyalar əsasında süd məhsulları istehsalının artırılması, süd tədarükü və qəbulu məntəqələrinin yaradılması, təsərrüfatların qidalı yem təminatı, süd emalı sənayesinin məhsullarının rəqabət qabiliyyətinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.







Starxeber Bizi instagramda izləyin