22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 18.02.2021 554

“5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi çərçivəsində müvafiq rayonlar üzrə fəaliyyət göstərən Şura üzvləri ilə Bakı şəhəri Xəzər rayonu, Biləsuvar, Şəmkir, Tovuz və Qazax rayon İcra Hakimiyyəti başçıları və nümayəndələri arasında onlayn formatda görüşlər keçirilib. 

"Operativ24.az" xəbər verir ki, görüşlərin keçirilməsində əsas məqsəd Məşvərət Şuralarının fəaliyyət göstərdikləri müddət ərzində həyata keçirdikləri işlər barədə rayon İcra Hakimiyyətlərinin nümayəndələri ilə müzakirələrin aparılması olmuşdur. Eyni zamanda görüşlər zamanı Məşvərət Şuralarının üzvləri tərəfindən gələcəkdə region gənclərinin inkişafı üçün həyata keçiriləcək layihələr barədə məlumatlar verilib və fikir mübadilələri aparılıb. Qeyd edək ki, gənclərdən ibarət Məşvərət Şuralarının faəliyyəti rayon İcra Hakimiyyətləri tərəfindən yüksək qiymətləndirilib. 
Region gənclərindən ibarət Məşvərət Şuraları istər pandemiya müddətində, istərsə də Vətən müharibəsində fəal iştirak edərək, öz icmalarında yaşayan gənclərin inkişafı və maariflənməsi istiqamətində fəal mübarizəyə qoşulublar. Şuraların əsas məqsədi gənclərin icma quruculuğuna cəlb olunmasını stimullaşdırmaq, onları narahat edən məsələləri araşdırmaq və həlli istiqamətində addımlar atmaqdır. Qeyd edək ki, Şura üzvləri tərəfindən bir müddət öncə karantin qaydalarına uyğun olaraq gənclər arasında aparılmış sorğunun nəticələrinə əsasən yeni layihələrin həyata keçirilməsinə başlanılır. 

Məlumat üçün qeyd etmək istərdik ki, “5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının yaradılması” layihəsi Avropa İttifaqının maliyyə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və UNICEF-in Azərbaycan Nümayəndəliyinin texniki dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə həyata keçirilir.






Starxeber Bizi instagramda izləyin