17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 18.02.2021 421

Kursa 11 iddiaçı cəlb olunub
“Bakı Metropoliteni” QSC-nin 2020-ci ilin avqust-sentyabr aylarında sərnişin platforması növbətçisi peşəsi üzrə verilmiş elana müvafiq olaraq seçim əsasında 3-cü qrupun hazırlıq kursu başlanıb.

"Operativ24.az"xəbər verir ki, stansiyaların platforma növbətçiləri, qatar maşinistləri ilə yanaşı, ictimaiyyət arasında metropolitenin ən çox məşhur olan peşələrindəndir. Platforma növbətçiləri hərəkətin nizamlanmasında mühüm rol oynayırlar. 
Məlumdur ki, ölkəmizdə “COVID-19” pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi tətbiq edilir. Bu səbəbdən kurslarda tədris prosesi infeksiyanın yayılmasına qarşı profilaktiki tədbirlərə və karantin rejiminin şərtlərinə, habelə müvafiq metodiki göstərişlərə uyğun təşkil edilir. 
Ölkədə elan edilmiş hərbi vəziyyət və xüsusi karantin rejiminin sərtləşdirilməsi səbəbilə üçüncü kursun məşğələləri yalnız müvafiq məhdudiyyətlər ləğv edildiyi dövrdə başlanılıb.
Seçim proseslərindən kifayət qədər vaxt keçdiyindən üçüncü qrupun formalaşdırılması məqsədilə ilk imtahan mərhələsində nəticələri məqbul olmuş 31 nəfər yalnız bir sıra məhdudiyyətlərin ləğvi dövründə yekun müsahibə mərhələsinə cəlb edilib. 12 nəfər sonuncu imtahan mərhələsində qənaətbəxş nəticə ilə kursa qatılmaq hüququ əldə edib. Bundan əlavə olaraq, ikinci qrupdan 6 müdavim də zəfərlə başa çatan 44-günlük Vətən müharibəsi dövründə səfərbərliyə cəlb olunduğundan, onlar da formalaşdırılmış üçüncü qrupa daxil ediliblər. Lakin Vətən müharibəsi iştirakçılarından 3-ü, bundan savayı, imtahanları uğurla keçmiş daha 4 nəfər kursdan imtina edib. Beləliklə, platforma növbətçisi üzrə kurslarda 11 nəfər iştirak edir. 
Ümumiyyətlə, 2020-ci ilin avqust ayından başlayaraq aparılmış seçim prosesində 600-dən çox elektron müraciətə baxılıb. Qoyulmuş əsas tələblərə uyğun olan 305 nəfər imtahana buraxılıb. Onlardan 232 nəfər məntiq və metropolitenlə bağlı ibtidai biliklərə əsaslanan ilk test imtahanında iştirak edib və 53 nəfər keçid balını toplayaraq, növbəti mərhələyə buraxılıb. 
Üçüncü kursun ilk məşğələləri metropolitenlə bağlı ümumi məlumatların verilməsinə həsr edilib. 
Platforma növbətçisi üzrə kursun təxminən 1 ay ərzində keçirilməsi nəzərdə tutulub. Kursun yekununda müdavimlərin mənimsədiyi biliklərin yoxlanılması məqsədilə test imtahanları təşkil ediləcək. Təlimi müvəffəqiyyətlə bitirərək tibbi arayış təqdim edən müdavimlər platforma növbətçisi vəzifəsinə işə qəbul ediləcəklər.






Starxeber Bizi instagramda izləyin