10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 18.02.2021 489

17 fevral 2021-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov və millət vəkili Novruzəli Aslanov Vətən müharibəsində yaralanan döyüşçüləri evlərində ziyarət ediblər.

"Operativ24.az" xəbər verir ki, İsmayıllı şəhərində, Vəng, Balik və Kürdmaşı kəndlərində pandemiya qaydalarına uyğun baş tutan görüşdə qazilərimizlə səmimi söhbətlər edilib. Onlar keçdikləri şərəfli döyüş yolundan bəhs edərək, bu döyüşdə onlara ruh yüksəkliyi, birlik nümunəsi və dəstək göstərən Azərbaycan xalqına, xüsusən də Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva başda olmaqla rayon rəhbərinə və Millət Vəkilinə təşəkkürlərini bildiriblər.

RİH başçısı və Millət Vəkili səmimi keçən görüşlərdə qeyd ediblər ki, beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. Bunu dünyaya siz qəhrəmanlar nümayiş etdirdiniz. Hər bir ölkə vətəndaşı Azərbaycanın qəhrəmanları ilə qürur duyur.

Məlumat üçün bildiririk ki, görüş qazi ailələri ilə yanaşı şəhid ailəsində də təşkil olunub. Belə ki, 2020-ci il iyul ayının 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilmiş təxribatın qarşısını alan zaman Tovuz rayonu istiqamətində şəhidlik zirvəsinə ucalan Balik kənd sakini Xəyyam Daşdəmirovun ailəsi də ziyarət olunub. Qeyd edək ki, fevral ayının 22-də şəhid Xəyyam Daşdəmirovun doğum günüdür. Rayon rəhbəri və Millət Vəkili şəhidin ailəsinə baş sağlığı verərək, Allahdan rəhmət və ailəsinə səbr diləyiblər. Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov 2020-ci il iyul ayının 13-də doğulduğu Balik kəndində dəfn olunub.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Fərmanı ilə şəhər, rayon icra hakimiyyəti başçılarının aparatlarında “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi” yaradılmışdır. Ən qısa zamanda bu şöbənin əməkdaşları mütamadi olaraq müharibə iştirakçıları və şəhid ailələri tərəfindən qaldırılan məsələlərin həlli üçün zəruri tədbirlər görəcəklər.







Starxeber Bizi instagramda izləyin