10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 17.02.2021 557

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Heydər Əliyev Mərkəzinin təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsi sona çatıb. Bu gün Cəmiyyətin inzibati binasında təşkil edilən mükafatlandırma mərasimində müsabiqənin qalibləri açıqlanıb. 

"Operativ24.az" "xəbər verir ki, tədbirdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyəti sədrinin müavini Xəyyam Fərzəliyev dizayn müsabiqəsinin kifayət qədər maraqla qarşılandığını, müsabiqəyə ümumilikdə 887 layihənin təqdim olunduğunu bildirib. Qeyd edilib ki, qaliblər ölkənin tanınmış mütəxəssisləri, dizayner və rəssamlarından ibarət münsiflər heyəti tərəfindən növbəti mərhələyə vəsiqə qazanmış 195 layihə arasından estetik görünüş, konseptual mövzu, unikallıq və tətbiqə yararlılıq meyarları əsasında seçilib. Qalib gəlmiş dizayn nümunələrinin əsasında yeni sikkələrin istehsalının planlaşdırıldığını qeyd edən sədr müavini Qarabağın əsrlər boyu formalaşmış milli dəyərlər sisteminin elementlərinin yeni sikkələrdə öz əksini tapmasının məhsullara əlavə mənəvi dəyər qatacağını və bu nəsnələrin milli qızılımızın üzərində əbədi yaşayacağını qeyd edib. 
Daha sonra çıxış edən Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və təbliği departamentinin direktoru Məhəbbət Mehdiyeva müsabiqənin gənc istedadların üzə çıxarılmasındakı rolundan danışaraq gələcəkdə də bu tip layihələrin mütəmadi qaydada icra edilməsinin yeni nəsil dizaynerlərin yetişməsində əhəmiyyətli olacağını bildirib. M.Mehdiyeva, həmçinin bildirib ki, müsabiqənin xalqımız üçün xüsusi önəm daşıyan Qarabağ mövzusuna həsr olunması təkcə rəssam və dizaynerlər deyil, ictimaiyyət nümayəndələri tərəfindən də böyük maraqla qarşılanmasına səbəb olub.

Daha sonra sikkə dizaynı müsabiqəsinin qalibləri qismində seçilmiş dizayn nümunələri və həmin layihələrin müəllifləri açıqlanıb. Belə ki, müsabiqənin münsiflər heyətinin yekun qərarı ilə “Daş izlər” adlı dizayn layihəsinin müəllifi Əli Əmirov 1-ci, “Laləzar körpüsü” adlı dizayn nümunəsinin müəllifi Emin Aslanov 2-ci və “Qarabağ – Həyat ağacı” dizayn nümunəsinin müəllifi Elnarə Dadaşzadə 3-cü yerin qalibi seçilib. Müsabiqənin sonuncu mərhələsində, onlayn səsvermə yolu ilə ən çox – 1528 səs toplamış Nərmin Rüstəmlinin “Şuşa Qarabağın incisidir” layihəsi isə “İzləyici rəğbəti” nominasiyasının qalibi olub. Mükafatlandırma mərasimində 1-ci yerin qalibinə 3000 AZN, 2-ci yerin qalibinə 2000 AZN, 3-cü yer və nominasiyanın qalibinə isə ayrı-ayrılıqda 1000 AZN məbləğində pul mükafatı və diplomlar  təqdim olunub.
Müsabiqə ilə bağlı təəssüratlarını bölüşən laureatlar yarışmanın yeni istedadların ortaya çıxarılması və təşviqi baxımından böyük bir fürsət olduğunu bildirərək təşkilatçılara təşəkkür ediblər. 
Xatırladaq ki, “AzerGold” QSC və Heydər Əliyev Mərkəzinin birgə təsis etdiyi “Qarabağ inciləri” sikkə dizaynı müsabiqəsi müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Vətən müharibəsində əldə etdiyi parlaq qələbəyə həsr olunub. Dizayn müsabiqəsi işğaldan azad edilən Qarabağımızın qədim tarixi, mədəniyyəti, incəsənəti, qeyri-maddi mədəni irs nümunələrinin təbliğinə xidmət edir. 








Starxeber Bizi instagramda izləyin