10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Siyasət 17.02.2021 625

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyə Respublikasına rəsmi səfəri çərçivəsində Türkiyə Ali Məhkəməsinin sədri Mehmet Akarca ilə görüş keçirildi. 
"Operativ24.az" xəbər verir ki, görüş zamanı ölkələrimizin prokurorluq, məhkəmə və ədliyyə orqanları arasında əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilərək, ötən müddət ərzində hakimlərin və prokurorların ixtisaslarının artırılması məqsədilə qarşılıqlı səfərlərin təşkil edilməsi və səmərəli hüquqi əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik ifadə olundu.
Baş prokuror qeyd etdi ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin ilk anlarından Türkiyə Respublikasının rəhbərliyi və xalqı ölkəmizə öz siyasi və mənəvi dəstəklərini nümayiş etdirməklə bir millət, iki dövlət olduğumuzu bir daha bütün dünyaya nümayiş etdirdi.
Mehmet Akarca bir daha ölkəmizi və xalqımızı Vətən müharibəsində qazanılmış qələbə münasibətilə təbrik edərək Türkiyənin daim qardaş Azərbaycan xalqının yanında olduğunu bildirmiş və gələcəkdə də Azərbaycanı hər zaman olduğu kimi dəstəkləyəcəyini qeyd etmişdir.
Daha sonra nümayəndə heyətinin Türkiyənin Ədliyyə Akademiyası ilə tanışlığı baş tutdu. Akademiyanın rektoru Muhittin Özdemirlə görüş zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Elm-Tədris Mərkəzinin Türkiyənin Ədliyyə Akademiyası ilə əməkdaşlığın pespektivləri, ölkəmizin prokuror və müstəntiqlərinin Türkiyənin Ədliyyə Akademiyasında keçirilən ixtisasartırma kurslarında iştirakı məsələləri müzakirə olundu.
Həmçinin nümayəndə heyəti Ankara bölgə apellyasiya məhkəməsini ziyarət edərək məhkəmənin Baş prokuroru Hüseyn Çinar və sədri Ramazan Aksanla görüşdü. Nümayəndə heyəti prokurorluğun və məhkəmənin fəaliyyəti haqqında məlumatlandırılaraq yaradılmış şəraitlə, məhkəmə iclas zalları və dindirmə otaqları ilə tanış oldu.
Görüşlərdə ölkəmizin Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim iştirak edib.







Starxeber Bizi instagramda izləyin