22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 17.02.2021 532

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın Böyük Qələbəsi ilə doğma torpaqlarımız erməni işğalından azad edilərək ərazi bütövlüyümüz bərpa olundu. Artıq müharibə arxada qalıb və ölkəmiz böyük quruculuq, inkişaf dövrünə qədəm qoyub.

Otuz il ərzində erməni qəsbkarları tərəfindən maddi və mədəni sərvətləri talan edilmiş və büsbütün dağıdılmış ərazilərimizin yenidən həyata qaytarılması istiqamətində dövlət başçısının rəhbərliyi ilə nəhəng bərpa-quruculuq işləri aparılır, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin hərtərəfli tərəqqisi naminə gerçəkləşdirilən mühüm layihələr çərçivəsində azad edilmiş ərazilərdə dini abidə və məscidlərimizin bərpa olunmasına xüsusi önəm verilir.

Cənab Prezidentin və birinci xanımın azad olunan ərazilərimizə müntəzəm səfərləri doğma torpaqlarımızın dirçəldilməsinin və xalqımızın öz dədə-baba yurdlarına qayıdışının təminatına və insanların böyük ruh yüksəkliyinə səbəb olub.

"Operativ24.az" xəbər verir ki, eyni zamanda dövlət başçısının 04.01.2021-ci il tarixli Fərmanı ilə azad edilmiş torpaqlarımızın dirçəldilməsi ilə bağlı tədbirlərə dəstək məqsədilə yaradılmış "Qarabağ Dirçəliş Fondu" həmin ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın təmin edilməsinə xidmət edir.

Ədliyyə işçiləri və hakimlər mütəmadi olaraq Silahlı Qüvvələrə Yardım Fonduna, habelə "YAŞAT" Fonduna əmək haqlarından ianələr etməklə dövlətimiz, xalqımız və ordumuzla həmrəylik nümayişi kimi mənəvi borc hesab edirlər. Bu mənada işğaldan azad edilmiş torpaqlarımızın dirçəlişi naminə həyata keçirilən tədbirlərə dəstək göstərmək məqsədilə ədliyyə işçiləri və hakimlər hazırda da əmək haqlarından 500 min manatın Qarabağ Dirçəliş Fonduna köçürülməsi qərarına gəliblər.

Xalqımız, o cümlədən ədliyyə və məhkəmə işçiləri qəti əmindirlər ki, doğma torpaqlarımız ölkə Prezidentinin müdrik rəhbərliyi ilə yenidən dirçələcək və orada tezliklə həyat qaynayacaqdır.






Starxeber Bizi instagramda izləyin