17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 17.02.2021 646


Binəqədi Gənclər Evi 2020-ci il fəaliyyət dövründə “Könüllülər ili"nə həsr olunan layihələrə xüsusi yer verib. Gənclər arasında könüllülük hərəkatının inkişaf etdirilməsi üçün bir çox yeni layihələr reallaşıb.
"Operativ24.az" xəbər verir ki, “Könüllülük Akademiyası 3”, “Gənclərin Online Yay LiderlikMəktəbi” layihələri vasitəsilə 150-dən çox gəncə könüllük prinsipləri aşılanıb, onlara motivasiya, marketinq, liderlik və digər mövzularda təlimlər təşkil olunub. Hər iki layihə Binəqədi Gənclər Evinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Gənclərin İnkişaf və Karyera Mərkəzinin dövlət tərəfdaşlığı ilə onlayn formatda keçirilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, UNİCEF Azərbaycan  və Binəqədi Gənclər Evinin birgə təşkilatçılığı ilə icra olunan "Əsas Həyat Bacarıqları" ("Basic Life Skills") layihəsi icra olunan müddətdə 50-dən çox gəncə onların gələcək həyatı üçün vacib olan fundamental bilik və bacarıqlar qazandırıb.
Karantin müddətində davam edən layihələrdən biri Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, UNICEF Azərbaycan, Hollandiyanın Azərbaycandakı səfirliyin tərəfdaşlığı, Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilən “Qızlar bacarır” layihəsi olub. Bu layihə  vasitəsilə futbola marağı olan yeniyetmə qızlar cəlb olunub.
Psixoloji istiqamətdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Unicef Azərbaycanın birgə tərəfdaşlığı ilə “Psixoloji Məsləhət” və Binəqədi Rayon İcra Hakimiyyətinin tərəfdaşlığı ilə keçirilən ”Başla”(GənclərMəktəbi) layihəsi müddətində  gənclərlə görüşlər davamlı şəkildə təşkil olunub.
 “Məqsədli Karyera”  layihəsində 100-dən çox gəncə karyera planlamasında bələdçi olaraq, onlar iş həyatına hazırlanıb.
“Maliyyə savadlılığı” layihəsi ilə gənclərin ehtiyacları və şəxsi büdcələrini düzgün planlamasına dəstək olunub.
Qeyd edək ki, hər iki layihə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Avropa İttifaqının maliyyə dəstəyi və UNİCEF Azərbaycanın təşəbbüsü ilə, Azərbaycan Gənclərinin Nailiyyəti - Junior Achievement Azerbaijan - JAA və Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə keçirilib.
“Fəxri qonaq” və “Uğur hekayəm” layihələri çərçivəsində gənclərlə müxtəlif  sahələrdə peşəkar olan 50-dən çox  mütəxəssislə görüşlər təşkil olunub.
“#BizBirlikdəGüclüyük aksiyası çərçivəsində karantin və müharibə dövründə könüllülərlə qocalara, şəhid və qazi ailələrinə, yardıma ehtiyacı olanlara dəstək olunub.
Binəqədi Gənclər Evi ümumilikdə 1000-dən çox gənci əhatə edən, 25 layihə keçirib.
2021-ci ildə “Vətən müharibəsi”və “Aprel döyüşlərində” iştirak edən qazilərlə görüşlər, “Nizami ili” bağllı tədbirlər, ”Könüllülük Akademiyası”, “Başla”(Gənclər Məktəbi),” Psixoloji diaqnostika” layihələri davamlı şəkildə təşkil olunacaq.
Binəqədi Gənclər Evi sosial şəbəkələrdə:
Facebook: Binəqədi Gənclər Evi / Binagadi Youth House
İnstagram: binagadi.ge




Telegram:https://t.me/joinchat/VcqPTzYgMVR5WQXS






Starxeber Bizi instagramda izləyin