10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 16.02.2021 717

Təhsil Nazirliyinin dəstəyi  və “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə təhsil işçiləri arasında “Təhsilin ulduzu” müsabiqəsinə start verilir. 
 
"Operativ24.az" xəbər verir ki, məqsəd tədris prosesində tətbiq oluna bilən, təhsilin inkişafına töhfə verən, real təcrübəyə söykənən yeni yanaşmaları və ideyaları tapmaq, geniş auditoriyaya çatdırmaq, beləliklə, öz fəaliyyətində yeniliklərlə seçilənləri aşkara çıxarıb onlara “Təhsilin ulduzu”nu təqdim etməkdir. Buna görə müsabiqəyə təqdim edilən ideyalar təhsildəki bir problemin həllinə və ya mövcud vəziyyətin yaxşılaşdırılmasına yönəlməlidir. 
 
Müsabiqədə bütün təhsil işçiləri  fərdi qaydada iştirak edə bilər. İştirakçı öz ideyasını əvvəlcə yazılı formada müvafiq keçid (https://bit.ly/3dg04ZW) vasitəsi ilə təqdim etməlidir. Birinci mərhələdə müraciətlər münsiflər heyəti tərəfindən dəyərləndiriləcək və meyarlara uyğun namizədlərlə əlaqə saxlanılacaq. Yazılı müraciətlər 1 mart 2021-ci il tarixinədək qəbul edilir.

Müraciəti müsbət dəyərləndirilən namizədlər daha sonra ideyanı təqdim etmək üçün video formatında çıxış hazırlayaraq müsabiqəyə təqdim etməlidirlər. Çıxışlar 15 dəqiqədən çox olmamalıdır. Videoçıxışlar 15 mart 2021-ci il tarixinədək  info@tnetwork.az e-mail ünvanına göndərilməlidir.
 
Ən yaxşı 3 ideyanın müəllifi yekun təşkil ediləcək tədbirdə çıxışlarını canlı təqdim edəcəklər. Canlı yayımda “Təhsilin ulduzu” seçiləcək. Final mərhələsinin tarixi yaxın günlərdə açıqlanacaq. Qalib iştirakçıya “Təhsilin ulduzu” kuboku, fəxri diplom və planşet təqdim ediləcək.
 
Qeyd edək ki, müsabiqənin qiymətləndirmə meyarları, münsiflər heyəti ilə bağlı T-Network platformasından (http://tnetwork.az/) ətraflı məlumat əldə edə bilərsiniz. 

Əziz təhsil işçiləri, hər birinizi “Təhsilin ulduzu” müsabiqəsində iştirak etməyə, öz təcrübələrinizə əsaslanaraq təhsil prosesində həllini vacib hesab etdiyiniz məsələlərlə bağlı yeni yanaşmalarınızı, təklifərinizi, müşahidə və qənaətlərinizi paylaşmağa dəvət edirik.






Starxeber Bizi instagramda izləyin