17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
İdman 16.02.2021 636

"Operativ24.az" xəbər verir ki, Avropa Olimpiya Komitəsinin baş katibi Rafaelle Paqnotsi   MOK mətbuat xidmətinə verdiyi müsahibəsində Tokio-2020 Yay Olimpiya Oyunları ilə bağlı sualları cavablandırıb.

"Biz indi elə bir dövrdə yaşayırıq ki, sabah nə olacağı bəlli deyil. Pandemiya adi insanlarla yanaşı, idmançılar üçün də gözlənilməz oldu. Bəziləri formasının zirvəsində olmağına baxmayaraq, uzun müddət məşq etmədi və formadan düşdü, təssüf ki, bəziləri hətta karyerasını bitirmək nöqtəsinə qədər gəlib çatdı. Əlbəttə, mən Olimpiya oyunlarının keçirilməsini çox arzulayıram. Əminəm ki, Yaponiya hökuməti bunun üçün əlində olan bütün imkanları səfərbər edəcək.” deyə Avropa Olimpiya Komitəsi rəsmisi bildirib. Avropa Olimpiya Komitəsinin baş katibi Rafaelle Paqnotsi onu da bildirib ki, Yay Olimpiya Oyunları hətta azarkeşsiz olsa belə, baş tutsa yenə də çox yaxşı olar. “Olimpiya Oyunlarının baş tutması, həmçinin böyük idmanın qayıdışı kimi də xarakterizə olunacaq. Bizim üçün Yay Olimpiya Oyunları ilə yanaşı, Qış Olimpiya Oyunları da çox vacibdir. Amma indi Avropada vəziyyət fərqlidir. Bəzi ölkələr pandemiyadan daha çox, digərləri isə daha az təsirə məruz qalıb.”  fikri ilə Paqnotsi müsahibəsini davam etdirib. “Bizim əlimizdən nə gəlirsə, idmançılara kömək etməyə çalışırıq. Onların fedarasiya rəsmiləri ilə daimi təmasdayıq. Bilirsiniz, bir il ərzində idmançılar çox şey itirib. Hələ ötən il zirvədə olanlar, indi həmin zirvədən o qədər uzaqdırlar ki... Avropa Olimpiya Komitəsinə daxil olan 50-yə yaxın ölkə var. Əlbəttə, bəziləri daha az, digərləri daha çox təsirləniblər. Düşünürəm ki, hamı kimi avropalılara da çətin olacaq. Ola bilər ki, sıralama alışdığımız kimi olmayacaq. Bir çox komanda pandemiya səbəbindən ənənəvi formasında deyil, amma yarışda onsuz da hamı əlindən gələni etməyə çalışacaq." Sitatın sonu.






Starxeber Bizi instagramda izləyin