17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Hadisə 16.02.2021 612

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən 05-14 fevral 2021-ci il tarixlərində keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhərinin Xəzər dənizi sahillərində, Xaçmaz, Neftçala və Astara rayonları ərazisindəki su hövzələrində və Mingəcevir su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Bunu "Operativ24.az"a Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib.

“Araşdırma zamanı brakonyerlərin Sumqayıt şəhər sakini Cəlal Nəcəfov, Xaçmaz rayon sakini Elman Vəlimətov, Neftçala rayon sakinləri Fazil Baloğlanov, Vüqar Eyvazov, Rövşən Məmmədov, Mətləb Bağırov, Balakən rayon sakini Nizami Gəncəyev, Zaqatala rayon sakini Adil Ağayev, Astara rayon sakini Kamran Əsədullayev və Mingəçevir şəhər sakini Emin Mustafayev olduğu məlum olub. Faktlarla bağlı qanun pozucuları barəsində protokollar tərtib edilib və qanunamüvafiq tədbirlər görülüb”.

B.Məhəmmədov qeyd edib ki, qanunsuz  balıq ovu ilə yanaşı, icazə verilməyən ərazilərdə quş ovu ilə məşğul olan Naxçıvan şəhər sakini Hüseyn Salayev, Yevlax rayon sakini İlqar Məmmədov, Abşeron rayon sakini Ərşad Əliyev, Sumqayıt şəhər sakini Zaur Şirinov saxlanılıb və barələrində protokol tərtib edilərək cərimələnib.

“Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə nəzarət tədbirləri zamanı isə Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qanunsuz balıq ovlayan Sabirabad rayon sakini Oktay Əliyev saxlanılıb. Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından hazırda Su Nəqliyyatında Polis İdarəsi tərəfindən təhqiqat aparılır”.






Starxeber Bizi instagramda izləyin