22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 16.02.2021 605

2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (Fond) güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması üçün 40 kredit təşkilatı, o cümlədən 21 bank, 6 bank olmayan kredit təşkilatı (BOKT) və 13 kredit ittifaqı ilə əməkdaşlıq edib. Banklardan 1-i ("Bank VTB Azərbaycan" ASC) Fondun müvəkkil kredit təşkilatlarının siyahısına ötən il əlavə olunub.

"Operativ24.az" bu barədə Fonda istinadən xəbər verir.

Məlumatas görə, hazırda müvəkkil kredit təşkilatlarının filiallarının sayı 246-sı və yaxud 54%-i regionlarda olmaqla 457-dir.
“Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən vəsaitin müvəkkil kredit təşkilatları arasında səmərəli bölgüsünü təmin etmək məqsədilə Azərbaycan Mərkəzi Bankının müvəkkil kredit təşkilatlarının maliyyə-statistik göstəriciləri barədə Fonda təqdim etdiyi məlumatlar təhlil edilərək hər maliyyə ilinin əvvəlində müvəkkil kredit təşkilatlarına limit müəyyən edilir. Eyni zamanda, limit istifadə edildikdən sonra müvəkkil kredit təşkilatlarının müraciəti əsasında Fondun Müşahidə Şurasının qərarı ilə sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə kredit təşkilatlarına əlavə limit müəyyən edilə bilər. Müvəkkil kredit təşkilatları müəyyən edilmiş limit çərçivəsində sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsini həyata keçirirlər.






Starxeber Bizi instagramda izləyin