17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
İdman 16.02.2021 745

"Dünən prezident İlham Əliyev Milli Paralimpiya Komitəsinin (MPK) 25 illiyi münasibətilə sərəncam imzaladı. O sərəncamda mənim də adım var idi. 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğum üçün çox sevindim".

"Operativ24.az" "Report.az"a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Azərbaycanın cüdo üzrə ikiqat paralimpiya, ikiqat dünya və yeddiqat Avropa çempionu İlham Zəkiyev deyib.

41 yaşlı idmançı bildirib ki, Prezident İlham Əliyev hər zaman idmançıları diqqətdə saxlayır: "Prezidentin təltifləri bizə yeni qələbələr üçün stimul verir. Biz də çalışacağıq ki, göstərilən etimadı layiqincə doğruldaq. İnanıram ki, "Tokio-2020" Yay Paralimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcək və üçrəngli bayrağımızı zirvələrdə saxlayacağıq".
MPK-nın vitse-prezidenti qarşıdakı paralimpiadada daha çox idmançı ilə təmsil olunmaq istədiklərini sözlərinə əlavə edib: "Neçə medal qazanacağımızı zaman göstərəcək. Hər dəfə uğurlarımız artır. Çalışacağıq ki, layiqincə mübarizə aparaq. 2016-cı il Yay Paralimpiya Oyunlarında 22 idmançı ilə təmsil olunduq. İndi isə heyəti genişləndirib, ən azı 30 idmançı ilə qatılmaq niyyətindəyik. Var gücümüzlə çalışacağıq ki, medalların sayı da ötən paralimpiada ilə müqayisədə daha çox olsun".
Eyni zamanda "Bakı-2015" I Avropa Oyunlarının qalibi olan Zəkiyev "Tokio-2020"da da qızıl medal qazanmağı hədəflədiyini söyləyib. O, "Yaponiyadakı yarış baş tutmayacağı təqdirdə, karyeranızı başa vuracaqsınızmı" sualına belə cavab verib: "Onu vaxt göstərəcək. Hələlik hədəfim Tokiodur və Oyunların ləğvi barədə fikirləşməmişəm. Yarışın taleyi necə olacaqsa, bilmirik. Biz hazırlaşırıq. Karyeramı bitirmək barədə heç fikirləşməmişəm".
Zəkiyev yaralandığı Füzuli rayonu ilə yanaşı, işğaldan azad edilən bütün torpaqlara getmək istədiyini söyləyib: "Sağlıq olsun. Cənab Prezident hamıya xəbərdarlıq edib ki, hələ səfər etmək olmaz. Tam təhlükəsiz vəziyyət olandan sonra gedəcəyik. Nə vaxt icazə versələr, biz də böyük məmnuniyyətə torpaqlarımıza gedəcəyik. Füzuliyə, Şuşaya, işğaldan azad olunmuş hər yerə getməyə çalışacağıq. Şuşada olmaq uşaqlıq arzumuzdur. Çalışacağıq ki, Qarabağa gedək".






Starxeber Bizi instagramda izləyin