10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 16.02.2021 587

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun Vətən torpaqlarını işğaldan azad etməsi və Azərbaycanın möhtəşəm qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin 7 əməkdaşı iştirak edib.

"Operativ24.az" xəbər verir ki, ASC-nin Hüquq departamentinin əməkdaşı Ağadadaş Dadaşzadə, İnzibati işlər departamentinin əməkdaşı Səbuhi Novruzlu, Logistika və anbar departamentinin əməkdaşı Nurlan Alxazov, Masallı regional idarəsinin əməkdaşı Vüsal Əliyev, Kürdəmir regional idarəsinin əməkdaşı Samir Həsənov, Tovuz regional idarəsinin əməkdaşı Bayraməli Məmmədov və Şamaxı regional idarəsinin əməkdaşı Asim Cəbrayılov cəbhənin müxtəlif
istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək Vətən borclarını layiqincə yerinə yetirib, nümunəvi xidmətləri ilə fərqləniblər.

Əməkdaşlarımızdan bir qrupu Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə “Ağdamın azad olunmasına görə”,“Şuşanın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. 

Vətən müharibəsinin ilk günlərindən ordu sıralarına qoşulan, torpaqlarımızın işğaldan azad edilməsində fəal iştirak edən əməkdaşlarımız təhkim olunduqları hərbi hissələrdən tərxis olunaraq evlərinə qayıdıb.

Aqrar Tədarük və Təchizat ASC-nin kollektivi ordudan tərxis olunan və mülki həyata qayıdan iş yoldaşlarını böyük coşqu ilə qarşılayıblar.
Əvvəlcə Vətən müharibəsində şəhid olan əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra dövlət himni səsləndirilib.

Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad edilməsində iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildiriblər.

Sonra Vətən müharibəsi iştirakçılarına xatirə hədiyyələri təqdim olunub.






Starxeber Bizi instagramda izləyin