10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 15.02.2021 549

fevral 2021-ci il tarixində Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) və Azərbaycan İdman Könüllüləri (AİK) İctimai Birliyi arasında əməkdaşlıq haqqında Memorandum imzlanıb.

"Operativ24.az"
xəbər verir ki, AMADA-nın direktoru Şəfəq Hüseynli və AİK İB-nin idarə heyətinin sədri Miraqil Seyidzadənin imzaladığı əməkdaşlıq memorandumu AMADA və AİK arasında əməkdaşlıq münasibətlərinin qurulmasını nəzərdə tutur. Sənəd ölkəmizdə keçirilən beynəlxalq və yerli səviyyəli idman tədbirlərində könüllülərin dopinq nəzarəti prosesinə cəlb edilməsi və Azərbaycan gəncləri arasında könüllülük hərəkatının inkişafınının dəstəklənməsi üçün
əməkdaşlığı ehtiva edir.

Mərasimdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli bildirib ki, könüllülərin idman tədbirlərində dopinq nəzarətinin həyata keçirilməsinə cəlb edilməsi ilə bərabər sağlam həyatın, təmiz idmanın təbliği, o cümlədən antidopinq maarfiləndirməsi baxımından
da böyük imkanları var. AMADA AİK-lə əməkdaşlıq edərək bu potensialdan səmərəli istifadə etmək niyyətindədir. Bu, həm də könüllülərin antidopinq sahəsində biliklərini artırması və gələcəkdə bu sahədə fəaliyyət göstərməsi üçün yeni imkanlar açacaq.

AİK İB-nin idarə heyətinin sədri Miraqil Seyidzadə isə bildirib ki, dopinq nəzarəti idmanın ən vacib sahələrindən biridir və AİK İB bu sahədə görülən işlərə töhfə vermək üçün AMADA ilə sıx əməkdaşlıq edəcək. Miraqil Seyidzadə əlavə edib ki, könüllülərin bu sahədəki təbirlərə cəlb edilməsi, biliklər qazanması və təcrübə toplaması onların gələcək karyerası baxımından da əhəmiyyətlidir.






Starxeber Bizi instagramda izləyin