17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 15.02.2021 515

Kafe və restoranların içində məsafə olduğu kimi şadlıq saraylarının ərazisi də böyükdür. Şadlıq saraylarında bir stolda 5-6 nəfərin əyləşməsi və məsafələrin qorunması üçün daha geniş imkanlar var.

Operativ24.Az   xəbər verir ki, belə olan təqdirdə şadlıq saraylarına qoyulan qadağanın, məhdudiyyətlərin qarşıdakı günlərdə yumşaldılmasına baxılması zərurəti yaranıb.

Mövcud məsələ ilə bağlı Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov danışıb.

O bildirib ki, bu məsələ şadlıq sarayları və onların rəhbərliyi tərəfindən qaydalara nə dərəcədə riayət edilməsinə bağlıdır:

"Bundan başqa onların üzərində nəzarəti kim təmin edəcək? Bələdiyyələr, sanitar epidemioloji xidmətlər, tibbi qurumlar, yoxsa polis əməkdaşları? Çünki buna nəzarət olmalıdır. Digər tərəfdən şadlıq sarayları və toy məclisləri ilə bağlı problem masalarla bağlı deyil.

Bir çox mütəxəssislər daha çox insanların sıx təmasda olması və alkoqollu içkilərdən istifadə nəticəsində qaydaların pozulma ehtimalı oynamaq, rəqs və s. əlaqələndirir. Misal üçün biz həmişə demişik ki, kontakt idman növləri problemdir. Amma yarışdırsa, hamı yoxlanılır və ora gedə bilərlər. Lakin gündəlik idmanla məşğul olanlar barədə deyə bilmərik ki, o yoluxub, yoxsa yoluxmayıb. Evdə yoluxan şəxs idmana gəlməklə digərlərini də yoluxdura bilər.

Toylarda rəqs qadağan edilsə belə, ən böyük risk nəzarətin nə dərəcə təmin edilə bilməsindədir. Şadlıq saraylarını hər gün gedib yoxlamaq, orada insanları cərimələmək böyük iş tələb edir. Polis əməkdaşları və tibb işçilərinin kifayət qədər işi var.

 Ona görə bəzən dövlət tərəfindən daha az problem yaradan həll yolu seçilir".

Mənbə: musavat.com






Starxeber Bizi instagramda izləyin