Müğənni Zamiq Hüseynov "Son nəfəsimizə qədər” adlı yeni klipini təqdim edib.

Operativ24.az xəbər verir ki, hər zaman fərqliliyi ilə seçilən sənətçi budəfəki işini sevgililər gününə həsr edib. O, instaqramda paylaşım edərək "Sevgililər günü, bütün sevənlərə hədiyyəmiz olsun" şərhini yazıb. Qısa metrajlı filmi xatırladan ekran işinin rejissorluğu Cəlal Kəngərliyə həvalə olunub. Pop ulduzun tərəf müqabili rolunu isə model Pərvin Həsənzadə canlandırıb. Qeyd edək ki, bəstənin söz və musiqisi İsmayıl Əsədova, aranjimanı Samir Sultanov, mix- masteri isə Oleq Naumova aiddir. Ənənəvi olaraq, Zamiqin "make-up"ı üzərində stilist Elnur Həsənov çalışıb.


Showxeber Bizi instagramda izləyin



Maqazin 14.02.2021 163
Bütün Xəbərlər