10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
İdman 13.02.2021 847

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
"Operativ24.az" "Sport24.az"a istinadən xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla qələbə qazandıqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
- Oyun haqda çox danışmaq istəmirəm. Sevinməyə iki günümüz var, sonra növbəti oyuna fokuslanacağıq. Rəqibi təbrik edirəm. Burada oynamaq hər zaman bizə motivasiya verib. "Qarabağ"da əla komanda qurulub, hər birimizə nümunə olmalıdır. Bu gün qələbəmizin tək səbəbi bəlkə də xarakterimizdir. Əziyyət çəkən uşaqlar çox sağ olsun.
- "Qarabağ" kimi hakimləri də təbrik etmək istəyərsiz?
- Edək də, təbrik edirəm.
- Bu qələbə çempionluq yolunda böyük motivasiya verəcəkmi?
- Bu gün maraqlı gün idi. Rəqiblərimizə qarşı "Qarabağ" kimi rahat oynaya bilmirik. Hər an xal itirə bilərik. Bu, reallıqdır. Hələ qarşıda 14 oyun var. Sona qədər mübarizə aparacağıq və bu oyun bizim üçün stimul ola bilər.
- Azlıqda qalsaz da, qalib gəldiz. Lakin "Zirə"yə iki oyunda qalib gələ bilməmişdiz...
- Sual vermək istəyirəm ki, biz "Zirə" ilə oyunu udsaydıq, nələr danışardılar? Mən konfransda nə deyirəmsə, sonra onun izahını verməli oluram. "Zirə"ni uda bilməsək də, komandamı super adlandırmışdım. Mən bunları deməliyəm ki, oyunçularıma stimul olsun. “Zirə”ni udsaydıq. nələr danışılacaqdı? Bunu mütəxəssislərdən soruşuram. Bu oyunqabağı üzərimizə böyük yük düşürdü.
- Meydanda hakimin hansı qərarını bəyənmirdiz?
- Açığı, hakimi təzyiq altında saxlamaq istəyirdim. 
- Komandanızda çempionluq üçün potensial görürsüzmü?
- Bu oyunda uduzsaydıq, fərqli olacaqdı. Biz yenidən quruluş dövründəyik. Toplanış zamanı yaxşı yoxlama oyunu da keçirə bilmədik. Monrozu da bu oyun riski gözə alaraq meydana buraxdım və onun çıxışından razı qaldım. Güclənməliyik, ətrafımızın da inamını qazanmalıyıq. Düşünürəm ki, yaxşı olacaq.
- Saman Nərimancahan nə üçün oyuna girdikdən sonra əvəzləndi?
- Samanı əvəzləməyimin səbəbi o cinahdan çox yüklənmələri idi. Stankoviçdən sonra da cinah boşalmışdı.
- Yeni hücumçunuz Ahmed Ahmedovla bağlı fikirləriniz nədir? 
- Açığı, biz başqa hücumçulara baxırdıq. Bizdən asılı olmayan səbəblərə görə alınmadı. Son 2-3 gündə Ahmedovun meneceri çıxdı və icarəylə bağlı təklifi oldu. İnşallah, vizası tez həll olunar və komandamıza qoşulub özünü yaxşı tərəfdən göstərər. ÇSKA-dan əvvəlki komandasında 23-25 qol vurmuşdu. Düşünürəm ki, gələr və həmin performansı yenidən göstərər.






Starxeber Bizi instagramda izləyin