17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 13.02.2021 621

Fevralın 13-də `Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaranmasının doqquzuncu ildönümü, həmçinin, Vətən Müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə, hərbi nəqliyyat vasitələri ilə komplektləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla xidmətin əməkdaşlarına köməklik göstərənlərin və arxa cəbhədə fəallığı ilə fərqlənənlərin təltif olunması ilə bağlı İsmayıllı rayonunda pandemiya qaydalarına uyğun olaraq tədbir keçirilmişdir.

"Operativ24.az" xəbər verir ki, rayon İcra Hakimiyyətinin və Xidmətin rayon şöbəsinin əməkdaşları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, gül dəstələri qoyublar. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı ilə birgə H.Əliyev Mərkəzində vətən müharibəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib.
Xidmətin Rayon şöbəsinin rəisi polkovnik-leytenant Əfran Nəbiyev giriş nitqi ilə tədbiri açaraq doqquz il müddətində dövlət xidməti və rayon şöbəsinin keçdiyi uğurlu yoldan danışıb. Bildirib ki, Dövlət xidmətinin İsmayıllı şöbəsi də fəaliyyətini müasir tələblərə uyğun qurur. Hərbi xidmətə çağırışda və gənclərin hərbi xidmətə hazırlanmasında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə səmərəli iş aparılır. 

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək bildirib ki, Vətən müharibəsi kimi tarixə düşən və şanlı qələbəmizlə yekunlaşan bu döyüşlərdə 1000-dən artıq gəncimiz səfərbərlik xidmətinin xətti ilə könüllü müharibədə iştirak edib. Vətən uğrunda vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş və canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə tezliklə şəfa tapmasını arzulayıb.
Rayon rəhbəri həmçinin qeyd edib ki, SHXÇDX  yarandığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsində, Azərbaycan Respublikasına, hərbi anda sədaqət hissinin, vətənin müdafiəsi naminə yüksək şəxsi məsuliyyətin formalaşdırılmasında göstərdiyi xidmətlər əvəzolunmazdır.

RİH başçısı 9-cu ildönümü münasibətilə Ə.Nəbiyevin simasında Xidmətin bütün əməkdaşlarını təbrik edib, bildirib ki, 44 günlük vətən müharibəsi dövründə ismayıllılar həm ön cəbhədə, həm arxa cəbhədə bir yumruq kimi birləşərək böyük əzmkarlıq göstəriblər. 

Dövlət xidməti tərəfindən hərbi vətənpərvərlik işinin təşkilində xidmətlərinə görə Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Rayon Suvarma Sistemləri İdarəsi, 9 nömrəli Yol İstismar MMC, eləcə də Nikitin adına kolxoz, Keyvəndi, Soltankənd, Qubaxəlilli, Zərnava, Qalagah, Lahıc, Gəraybəyli, Xankəndi İƏD üzrə nümayəndələr Fəxri Fərmanla təltif edilib.

Sonda tədbir iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.







Starxeber Bizi instagramda izləyin