10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 12.02.2021 467

Fevralın 12-də Milli Məclisin Sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

"Operativ24.az" xəbər verir ki, öncə 15 məsələdən ibarət gündəlik təsdiqlənib. Cari məsələlərin müzakirəsi zamanı deputatlar Zahid Oruc, Əli Məsimli, Naqif Həmzəyev, Azay Quliyev, Elman Nəsirov, Aydın Mirzəzadə, Musa Quliyev, Cavanşir Paşazadə, Fazil Mustafa, Tamam Cəfərova günün aktual məsələlərinə münasibət bildiriblər, bir sıra təkliflər irəli sürüblər.

Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanıb. “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə” məsələni şərh edən Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  bildirib ki, dəyişiklik Prezident İlham Əliyevin 19 yanvar 2021-ci il tarixli “İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında” Fərmanı ilə əlaqədardır.  

İclasda qeyd olunub ki, Azərbaycan torpaqları işğaldan azad ediləndən sonra həyata keçirilən idarəetmə islahatlarının ən vacibi həmin ərazilərdə xüsusi nümayəndəlik institutunun təsis olunmasıdır. Bildirilib ki, ötən qısa zaman ərzində xüsusi nümayəndəlik institutunun Əsasnaməsi də hazırlanıb və təsdiq olunub. Əsasnamədən də göründüyü kimi, xüsusi nümayəndələr işğaldan azad olunmuş ərazilərdə Prezident Administrasiyasının struktur bölməsidir. Xüsusi nümayəndəliyin strukturunu və ştat vahidini Azərbaycan Prezidenti müəyyən edir. Bu qurumun işçiləri Prezident Administrasiyasının əməkdaşları və dövlət qulluqçusu sayılırlar. Məhz bu baxımdan da “Dövlət qulluğu haqqında” qanuna yeni anlayışlar əlavə olunur.

Birinci vitse-spiker bildirib ki, bununla əlaqədar olaraq qanunun 11-ci maddəsinə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri və Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri məzmununda əlavələr edilir.

İclasda aparılan fikir mübadiləsində deputatlar Sabir Rüstəmxanlı, Məlahət İbrahimqızı, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Musa Qasımlı, Fazil Mustafa, Kamran Bayramov, Aydın Mirzəzadə rəy və təkliflərini bildiriblər. Xüsusi nümayəndəlik ölkədə aparılan idarəetmə islahatlarının davamı kimi müsbət qiymətləndirilib. Qeyd olunub ki, bu qurum icra hakimiyyətləri ilə paralellik təşkil edən hakimiyyət orqanı deyil.
Sonra Əli Hüseynli deputatları maraqlandıran suallara aydınlıq gətirib. Yeni qanun layihəsi səsə qoyulub və qəbul edilib.

Milli Məclisin Sədri Sahibə Qafarova bildirib ki, gündəlikdəki növbəti 11 qanun layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunub.
İclasda “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi (ikinci oxunuş) barədə Birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin məlumatı dinlənilib.
Layihə əsas kimi qəbul edildikdən sonra deputat Sahib Alıyev sənədə münasibətini bildirib. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanununun layihəsi ikinci oxunuşun prosedur qaydalarına uyğun olaraq səsə qoyulub və qəbul edilib.

Sonra plenar iclasda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsinə baxılıb. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, bu qanun  birinci oxunuşda müsbət dəyərləndirilib və çox humanist sənəddir. Dəyişikliyin əsas mahiyyəti çağırışçıların hüquqi statusunu bərabərləşdirməkdir. Qanuna əlavə edilən 21.1.4-1-ci maddəyə əsasən “doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara - 3 ay müddətinə” bir dəfəlik möhlət hüququ verilir. Beləliklə, bakalavriat və magistratura pilləsində təhsil alanlara şamil edilən möhlət hüququ doktorantlara da şamil olunur.
Müzakirə zamanı deputatlar Əziz Ələkbərov, Elman Nəsirov, Musa Quliyev qanuna əlavəni yüksək dəyərləndiriblər. Layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş)  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Bildirib ki, məcəllədə edilən dəyişikliyin əsas məqsədi Azərbaycanda qida təhlükəsizliyinin möhkəmləndirilməsi, fiskal siyasətdə şəffaflığın artırılması və əhalinin sağlamlığının qorunması istiqamətində daha yeni tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Birinci oxunuş zamanı komitədə və plenar iclasda deputatların verdikləri təkliflərin çoxu ikinci oxunuşda nəzərə alınıb. Məsələn, buğdanın idxalı və satışı,  buğda ununun və çörəyin istehsalı və satışı, həmçinin kəpəyin istehsalı və satışı ilə bağlı 1 illik ƏDV-dən azad edilmə müddəti hazırki oxunuşda 1 ildən 3 ilədək uzadılıb və s.

Müzakirə zamanı deputatlar Bəhruz Məhərrəmov, Etibar Əliyev fikirlərini bildiriblər. Komitə sədri Tahir Mirkişili suallara aydınlıq gətirdikdən sonra layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin Spikeri məlumat verib ki, gündəlikdəki növbəti iki məsələ mahiyyətcə bir-biri ilə bağlıdır. İkinci oxunuşda müzakirəyə çıxarılmış hər iki məsələ – Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli qanunları ilə təsdiqlənmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında məsələlər barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə məlumat verib. Qeyd edib ki, dəyişikliklərə əsasən, yeni növ narkotik vasitələr və psixotrop maddələr qanunlara və müvafiq siyahılara daxil edilib. Bununla da həmin maddələrin dövriyyəsi qanunsuz hesab ediləcək və cinayət məsuliyyətinə səbəb olacaq. Layihələr komitədə və plenar iclasda dəstəklənib.

Məlumat dinlənildikdən sonra deputatlar Nigar Arpadarai, Aqil Abbas, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev rəylərini bildiriblər. İclasda hər iki məsələ ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Fasilədən sonra Milli Məclis işini davam etdirib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov ikinci oxunuşda müzakirəyə çıxarılmış “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi və  İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələrini təqdim edib. Bildirib ki, hər iki qanunda edilən dəyişikliklərin əsas məqsədi yol hərəkətində təhlükəsizlik qaydalarının təkmilləşdirilməsidir. Deputatların irəli sürdükləri təkliflər, əsasən nəzərə alınıb və layihələr təkmilləşdirilib.

Fikir mübadiləsində deputat Qüdrət Həsənquliyev həmkarı Fazil Mustafa ilə birlikdə Milli Məclisin plenar iclasında səsləndirdikləri təkliflərin müvafiq orqanlara çatdırıldığını və həmin qurumlar tərəfindən operativ tədbirlər görüldüyünü vurğulayaraq minnətdarlığını bildirib. Deputatlar Bəxtiyar Əliyev, İltizam Yusifov və Əli Hüseynli fikirlərini açıqladıqdan sonra ayrı-ayrılıqda səsə qoyulan hər iki qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
“Notariat haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənovun məlumatı dinlənilib. Müzakirədə deputat Fazil Mustafa qanundakı yeniliyi vətəndaşın vəziyyətini yüngülləşdirən dəyişiklik,  vətəndaşa diqqətin göstəricisi kimi müsbət qiymətləndirib. Deputatlar qanun layihəsini ikinci oxunuşda təsdiqləyiblər.

Sonra “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi (ikinci oxunuş) məsələsinə baxılıb. Layihəni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli notariat xidmətlərinin göstərilməsi sahəsində sözü gedən rüsumların azaldılmasının və ya ləğv edilməsinin çox müsbət addım olduğunu vurğulayıb. Layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.

Milli Məclisdə “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) məsələni İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə təqdim edib. Bildirib ki, təklif olunan qanunun mahiyyəti bundan sonra işsizlikdən sığorta haqqı təyin edilərkən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindəki məlumatlara istinad olunmasıdır.
Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”  qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) layihəni Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva təqdim edib. Bildirib ki, qanuna edilən dəyişikliklər  ictimai varidata daxil edilmiş Azərbaycan folkloru nümunələrinin və Azərbaycanın ənənəvi biliklərinin dövlət qeydiyyatına alınması mexanizminin yaradılması və dövlət qeydiyyatına alınmış əsərlərdən istifadəyə görə hesablanan qonorarın  müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində dövlət siyasətinin həyata keçirilməsi məqsədilə istifadəyə yönəldilməsi kimi  mühüm məsələləri nəzərdə tutur.

Layihə barədə danışan deputat Etibar Əliyev qanunun 27-ci maddəsinə edilən dəyişikliyin əhəmiyyətindən danışıb. Sonra layihə səsə qoyulub və ikinci oxunuşda qəbul edilib.
Gündəlikdəki növbəti üç məsələ birinci oxunuşda müzakirəyə təqdim olunub. İclasda “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov ətraflı məlumat verib. Qeyd edib ki, 2020-ci ildə dünyanı bürüyən pandemiyanın sahibkarlara vurduğu ziyanı yumşaltmaq məqsədilə ölkəmizdə bir sıra tədbirlər həyata keçirilib. Qanunda edilən dəyişiklik Azərbaycan ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması müddətinin (qanunun 2.1-ci maddəsində nəzərdə tutulan yoxlamalar istisna olmaqla) daha bir il – 2022-ci il yanvarın 1-dək uzadılmasını və yoxlamaların dayandırıldığı müddət başa çatdıqdan sonra da sahibkarların həmin dövrdəki fəaliyyəti ilə bağlı yoxlamaların aparılmasının qadağan edilməsini ehtiva edir. 

Geniş müzakirədə deputatlardan Razi Nurullayev, Azər Badamov, Fazil Mustafa, Etibar Əliyev, Naqif Həmzəyev, Tahir Mirkişili rəy və təkliflərini diqqətə çatdırıblar. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Ailə Məcəlləsində dəyişiklik edilməsinə dair (birinci oxunuş) məsələ barədə geniş məlumat verib. Bildirib ki, Azərbaycan Prezidentinin 10 dekabr 2018-ci il tarixli “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərmana əsasən Ailə Məcəlləsində övladlığa götürmə ilə bağlı müddəalar təkmilləşdirilib və  bu sahədə xidmətlərin elektron qaydada aparılması üçün elektron idarəetmə sistemi yaradılıb. Hazırda təklif edilən dəyişikliklər  isə  övladlığa götürmə ilə bağlı qanunvericilikdəki boşluqları aradan qaldırmaq və qanunvericiliyin təkmilləşdirilməsi məqsədi daşıyır. Uşaqları övladlığa götürmək istəyən qohumları üçün bu prosedur asanlaşdırılır.

Müzakirədə komitənin sədr müavini Jalə Əliyevanın fikirləri dinlənilib. Sonra qanun layihəsi səsə qoyulub və birinci oxunuşda qəbul olunub.
İclasın yekununda Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) müzakirəyə təqdim olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov bildirib ki,  Mülki Prosessual Məcəllədə edilən dəyişiklik  də övladlığa götürmə ilə bağlıdır və Ailə Məcəlləsindəki dəyişikliklə əlaqədardır, qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir.
Plenar iclasda bu qanun da birinci oxunuşda təsdiqlənib.
Bununla da Milli Məclisin iclası başa çatıb.






Starxeber Bizi instagramda izləyin