22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 13.04.2019 1 431

Mərhum məktəbliyə 11-ci sinif şagirdinin təzyiq göstərdiyi deyilir, özünü pəncərədən atan qız haqda "İnşallah, sağ qalmaz” deyən adam araşdırılır; anım mərasimində valideynlər günahkarların həbsini tələb etdi...

Bakıda 13 yaşlı nakam məktəbli qızın - Elina Hacıyevanın faciəli ölümü cəmiyyəti sarsıdıb. "Yeni Müsavat” xəbər verir ki, aprelin 12-də 162 saylı orta məktəbdə onun anım mərasimi keçirilib. Anım mərasimində sadə insanlar, digər məktəblərdən gəlmiş bir neçə müəllim və şagird iştirak edib. Məktəbin həyətinin giriş hissəsinə gül dəstələri, oyuncaqlar və mərhum şagirdin fotoları düzülüb.

"Biz valideynlər hamımız direktorun həbs olunmasını istəyirik”.

Bunu anım mərasimində məktəbdə oxuyan şagirdlərdən birinin valideyni Səbinə Əliyeva deyib.

Öz övladına görə narahat olan valideyn, direktor, təhsil hissə müdiri, sinif rəhbərinin və Elinanın ölümündə günahkar olan hər kəsin həbsini istəyib.

Digər valideyn Səbahət Quliyeva da söyləyib ki, Elinanın ölümündə günahkar məktəbin direktoru və müəllimlərdir. "Elina özünü atmamışdan öncə ən sonuncu danışdığı şəxs Cahad olub və ona Cahad özü zəng edib”.

Elinanın rəfiqəsi: "Sinif rəhbərim qadağa qoyurdu”

Bunu news24.az-a Elinanın rəfiqəsi Zülfiyyə Şirinova deyib. O bildirib ki, Elina ölümündən bir neçə gün əvvəl onunla söhbət edib: "Mənə dedi ki, özümü öldürmək istəyirəm. Hətta özünü atmaq istədiyini bildirdi.

Elina mənə bildirdi ki, məktəbdə onu incitdikləri üçün özünü öldürmək istəyir. Elina özünü qonşu məktəbin şagirdi Cahad Əlizadənin onunla kobud davrandığı və məktəbdə onunla ələ saldıqları səbəbindən öldürüb".

Z.Şirinova bildirib ki, onun mərhum rəfiqəsi hamı kimi olmadığı üçün hamı onu ələ salırmış: "Elina hamıdan fərqli idi. Çox sakit və başıaşağı. Elə ona görə də, ələ salırdılar. Elə Cahad da onu ələ salırdı, gülürdü. Əvvəlki direktorun vaxtında belə vəziyyət yox idi. Məktəbdə hər şey çox yaxşı idi. Sevinc Abbasova gələndən sonra vəziyyət tamamilə dəyişdi. Hamı deyir ki, direktorun oğlu onu ələ salırmış, amma elə şey yox idi. Onun bu işlə heç bir əlaqəsi yoxdur”.

Z.Şirinova onu da deyib ki, sinif rəhbəri ona Elinayla rəfiqəlik etməsinə qadağa qoyurdu: "Hətta sinif rəhbərim anama belə zəng edib demişdi ki, Zülfiyyəni Elinayla rəfiqəlik etməyə icazə verməyin”.

Ümumiyyətlə, Elinanı intihara sürükləyən səbəblər barədə  günlərdir sosial şəbəkələr, elektron KİV-lər yazır, bir-birinin ardınca tükürpədici faktlar üzə çıxır, açıqlanır, cəmiyyət ikiyə haçalanıb: məktəb direktorunu da ittiham edənlər var, istintaqın nəticəsinə gözləmək tərəfdarı olanlar da...

Bakı Şəhəri üzrə Təhsil İdarəsi isə özünü oxuduğu məktəbin 3-cü mərtəbəsindən atan 8-ci sinif şagirdi Elina Hacıyevanın məktəbin yuxarı sinif şagirdi tərəfindən təzyiqə məruz qalması ilə bağlı sorğuya cavab verib.

Təhsil idarəsindən axar.az-a verilən məlumata görə, Bakı Şəhər Prokurorluğunda hadisə ilə bağlı müvafiq istintaq tədbirləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən isə xidməti araşdırma həyata keçirilir: "Aparılan istintaq və xidməti araşdırma tədbirləri nəticəsində hadisənin başvermə səbəbləri tam aydınlaşdırılacaq. Bundan sonra bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Elinanın məktəbin 11-ci sinif şagirdi Hüseyn Namazov tərəfindən təzyiqə məruz qaldığı deyilir. H.Namazov E.Hacıyevanı məlum olmayan səbəbdən məktəbin bir küncünə apararaq, vurub. 162 saylı məktəbin direktoru Sevinc Abbasova istintaqla əlaqədar olaraq müvəqqəti vəzifəsindən kənarlaşdırılıb.

Qənirə Paşayeva: "Hamımıza deyiləcək ən təsirli sözü Elina yazıb”

Deputat Qənirə Paşayeva yazıb ki, neçə gündür Elinanın faciəli ölümünün sarsıntısı içindədir: "Duyğumu, düşüncəmi fikrə dönüşdürmək, onları yazmaq üçün sanki sözlər də yetərli deyil. Amma hamımıza deyiləcək ən təsirli sözü Elina özü intihardan öncə yazıb. Bu, əslində hamımıza qarşı bir uşağın, yenitemə bir qızın çağırışıdır, münasibətlər sistemindəki hansısa çatışmazlığın həyəcan siqanlıdır”.

Hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, məktəbliyə vaxtında kömək olub-olmayıb, bu məsələlər ciddi araşdırma tələb edir: "Əvvəlcədən kimisi günahlandırmaq önyarğı ola bilər. Eyni zamanda, araşdırma tələb edən işlə bağlı bu vəzifəni yerinə yetirənlərə əlavə təzyiq vasitəsi kimi qiymətləndirilə bilər”.

Ə.Nuriyev həmçinin deyib ki, direktorun Elinanın intiharından 2 saat sonra təcili tibbi yardıma çağırış etməsi iddiası da sübuta yetirilərsə, o, cinayət məsuliyyətinə cəlb edilə bilər.

Brilliant Dadaşova: "Sən bizə bunu deyirsənsə, uşağa nələr demisən ki..."

Aprelin 11-də isə "Xəzər” TV-də yayımlanan "Səni axtarıram” verilişində Elina Hacıyevanın atası Ədalət Hacıyev qızına göstərilən münasibətlərdən danışıb.

Müzakirə zamanı ata qızının özünü pəncərədən atdıqdan sonra direktor otağına aparılmasından və orada sorğu - sual olunmasından danışarkən, bildirib ki, orada olanlardan biri Elinanın ölümünü arzulayan insanlar olduğunu deyib. "Elina direktor otağında sorğu-sual olunarkən kimsə ”İnşallah, sağ qalmaz" deyir", - deyə ata bildirib.

Verilişin aparıcısı Xoşqədəm Hidayətqızı da bu fikirləri səsləndirən şəxsin kim olduğunun araşdırılmalı olduğunu bildirib.

Xalq artisti Brilliant Dadaşova deyib ki, üç gecədir yata bilmir: "Biz ağır gündə, 20 Yanvarda küçəyə çıxan xalqıq. Nə oldu ki, belə vəhşiləşdik, bir-birimizə qarşı amansızlaşdıq? Bunlar mənə təsir edir. Gələcəyimiz bu gedişlə çətin olar. Həmin direktoru işdən çıxarmaq kifayət deyil, ona cəza verilməlidir. Ölkə başçısı insanlar üçün nələr edir. 10 milyonuncu sakinə olan diqqəti gördük.

Uşaq intihar edir, həyatına son qoyur. Qalxıb deyir ki, əxlaqsız ailədəndir. Gör, sən bizə bunu deyirsənsə, uşağa nələr demisən ki, o, intihar edib. Bundan sonra özümə gəlmək üçün mənə bir ay vaxt lazımdır".

Yusif Bəkirov: "Yalnız direktoru qınamaq da olmaz”

Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov "Yeni Müsavat”a bildirdi ki, əgər uşaqda psixoloji sıxıntılar varıydısa, ona heç kəs fikir verməyib: "Məktəb rəhbərliyində məlumat olmalıydı. Ancaq yalnız direktoru qınamaq da olmaz. Məktəb direktoru və ailə nəzarət etməyiblər. Məktəb ikinci evdir, şagirdin problemləri ilə maraqlanmalıydılar. Burada biganəlik var və hamı günahkardır”.

Y.Bəkirovun sözlərinə görə, bəzi məktəblərdə psixoloqlar yaxşı işləyirlər: "Məktəb hər şeyə tam nəzarət edə bilməz.

Çünki 1500 şagird təhsil alır, hamısına nəzarət mümkün olmur. Ona görə həm məktəb, həm valideynlər birgə hərəkət etməlidirlər".

Azad İsazadə: "13-14 ən çox sui-qəsd olunan yaş qrupudur”

Psixoloq Azad İsazadə isə "Yeni Müsavat”a bildirdi ki, ilk növbədə istintaq hər şeyi üzə çıxaracaq. Onun sözlərinə görə, uşağın direktorun otağında sorğu-sual olunması videosu araşdırılmalıdır. A.İsazadə hesab edir ki, Elinanın ölümündə məktəb və ailə mənəvi məsuliyyət daşıyır:

"Biz fikirləşməliyik ki, necə edək bundan sonra belə faciə təkrar olunmasın. Məktəbdə 500, bəzən daha çox şagird olur. Ancaq cəmi 1-2 psixoloq çalışır. 1-ci siniflə 11-ci arasında böyük fərq var, lakin eyni psixoloq cürbəcür yaş qrupları ilə işləməli olur. Ona görə də məktəblərdə say baxımdan psixoloq çatışmır, eyni zamanda savadlı psixoloqların əlində testlər var, nəsə etməyə çalışırlar, çoxunun isə psixoloji iş planı yoxdur”.

Psixoloqun fikrincə, məktəblərdə sui-qəsdlə xüsusi işləyənlər olmalıdır: "Bu da yoxdur. Əgər yeniyetmə intihar edirsə valideyn vaxtında həyəcan siqnalı verməliydi. Bəlkə də məktəbə müraciət edib, araşdırma müəyyən edəcək. Lakin 13-14 ən çox sui-qəsd olunan yaş qrupudur. Bu yaşda insan maksimalist olur, özünü böyümüş hesab edir, həm özünə, həm ətrafına qəddar davranır. Yəni ya ağ, ya qaradır.

Bu qızı da kimlərsə qaralayıbsa, onun üçün həmin an həyat bitib, fikirləşib ki, heç kəs məni istəmir, yaşamağın mənası yoxdur. Bəzən yeniyetmələr heyvanla vəhşi davranır, onlarda empatiya, yəni ağrını hiss etmək olmur. Çünki həyatı anlamırlar".

Onu da xatırladaq ki, prezident İlham Əliyev məktəblinin intihar hadisəsini nəzarətə götürüb və Elinanın ölümündə günahkar olanların cəzalandırılacağı gözlənilir.

Daha bir məktəbli döyülüb, yoxsa yıxılıb?

Bu arada Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb. ONA-nın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.

Məktəbdən "Report"a bildirilib ki, aprelin 12-si saat təxminən 11:30 radələrində məktəbin VII sinif şagirdi (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) riyaziyyat dərsində özünü pis hiss edib və yıxılıb.

"Şagirdin halı pisləşdiyi üçün başı dəyib. Sinif rəhbəri şagirdin doğma xalasıdır. Hadisə olan kimi dərhal valideynə də məlumat verilib. Məktəbə təcili-tibbi yardım çağırılıb. Şagirdin atası da uşaqla xəstəxanaya gedib. Məktəb rəhbərliyi tərəfindən valideyn ilə əlaqə saxlanılıb, şagirdin halının yaxşı olduğu bildirilib.






Starxeber Bizi instagramda izləyin