Müğənni Lətifə Soyuöz yenidən obyektiv qarşısına keçib.
Operativ24.az xəbər verir ki, sənətçi bu dəfə də fərqli obrazda fotosessiya etdirib. Lətifə çəkiliş zamanı bahalı avtomobil və kürklərdən istifadə edib.
İfaçının dörd fərqli obrazda olan fotolarını Elmir Mikayılov lentə alıb. Soyuöz şəkillərini sosial şəbəkədə yayımlayaraq "Həyat bu: Bir baxarsan hər şey bir anda sona çatıb. Son dediyin an hər şey yenidən canlanır. Allahdan ümidiniz kəsməyin" sözlərini yazıb.