10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 10.02.2021 243

"Operativ24az" "Azertagaz"-a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinin 2020-ci ilin yekunlarına dair bu günlərdə keçirilmiş onlayn mətbuat konfransında bir çox məsələlərlə yanaşı, ölkədə siyasi partiyaların fəaliyyətinə dair məsələlərə də toxunulub. Bununla bağlı müxbirimiz nazirliyin Qeydiyyat və notariat baş idarəsinin rəisi İlqar Məmmədovdan müsahibə alıb. Müsahibəni təqdim edirik.

– İlqar müəllim, istərdik ki, hazırda ölkədə dövlət qeydiyyatına alınmış siyasi partiyaların fəaliyyəti ilə bağlı fikirlərinizi öyrənək. Bu barədə məlumat oxucularımız üçün maraqlı olardı.
– Bildirmək istərdim ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi dövlət quruculuğu yolunu tutan Azərbaycanda mütərəqqi dünya təcrübəsinə əsaslanaraq sərbəst siyasi fəaliyyət üçün hər cür şərait yaradılıb. Bu da çoxsaylı siyasi partiyaların yaranması ilə müşayiət olunur. Ötən dövrdə müxtəlif yönümlü, məram və məqsədləri ilə fərqlənən 62 siyasi partiyanın, o cümlədən keçən il 7-sinin dövlət qeydiyyatına alınması ölkəmizdə siyasi plüralizmin və çoxpartiyalı sistemin inkişafının əyani təzahürüdür.
Qeyd olunmalıdır ki, siyasi sistemin təkmilləşdirilməsi və siyasi münasibətlərin sağlam zəmində qurulması, partiyalararası dialoqun genişləndirilməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin mühüm prioritetlərindən olmaqla, hazırda bu sahədə önəmli islahatlar həyata keçirilir.
Siyasi sistemin inkişafı baxımından 2020-ci il uğurlu il kimi səciyyələndirilməlidir. Belə ki, fevral ayında ölkəmizdə azad və demokratik şəraitdə Milli Məclisə seçkilər keçirilərək çoxpartiyalı yeni parlament formalaşıb, müxtəlif partiyaların nümayəndələri Milli Məclisin və komitələrinin rəhbərliyində təmsil olunublar. Əlbəttə ki, bu, siyasi mədəniyyətin, siyasi qüvvələr arasında əməkdaşlığın növbəti bariz nümunəsidir.
Eyni zamanda, siyasi partiyalar dövlət başçısının təşəbbüsünə müsbət cavab verərək siyasi dialoqa qoşulublar. Artıq deyə bilərik ki, ölkəmizdə demokratik ənənələrin formalaşmasına xidmət edən bu təcrübə şaxələnir. Prezident Administrasiyasında partiya nümayəndələri ilə mütəmadi görüşlər keçirilərək cəmiyyəti düşündürən məsələlərin açıq şəkildə müzakirə olunması ölkənin hərtərəfli inkişafı baxımından olduqca əhəmiyyətlidir.
Zəfər ili kimi yadda qalan 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan və xalqımızın Böyük Qələbəsi ilə nəticələnən Vətən müharibəsində siyasi partiyalar bir araya gələrək Azərbaycan Ordusuna, Müzəffər Ali Baş Komandana öz dəstəklərini ifadə edib, ölkəmizdə yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər.
Qeyd olunmalıdır ki, siyasi partiyaların tam əksəriyyəti bu gün respublikanın ictimai-siyasi həyatında fəal iştirak edir, dövlət siyasətinin aktual məsələlərinə dair mövqe bildirir, ictimai təşəbbüslərlə çıxış edirlər.
Lakin partiyaların bəziləri uzun müddətdir praktiki olaraq tam fəaliyyətsizdir, siyasi arenada görünmür, qanunvericiliklə üzərinə düşən vəzifələri yerinə yetirmirlər.
Halbuki bu gün Azərbaycanın siyasi palitrasında təmsil olunan bütün partiyaların normal fəaliyyəti üçün geniş imkanlar mövcuddur – qərargahla, texniki avadanlıqla təmin olunurlar, mətbu orqanlara malikdirlər, müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir, kütləvi tədbirlər təşkil edir, seçki proseslərinə qatılırlar və s.
– Belə qənaətə gəlmək olar ki, faktiki fəaliyyətsiz olan həmin partiyaların sadəcə adları var, özləri yoxdur. Bu halda onlar nə üçün fəaliyyətlərinə xitam vermirlər. Ümumiyyətlə, belə təşəbbüslə çıxış edən olubmu?
– Elədir. Artıq uzun müddətdir tam fəaliyyətsiz olan partiyalar var ki, onların adları müvafiq reyestrdə olsa belə, əslində, mövcud deyillər. Buna misal olaraq 1990-cı illərin əvvəllərində yaradılmış Azərbaycan Dirçəliş və Tərəqqi, Müstəqil Azərbaycan, Azərbaycan Milli Dövlətçilik, Azərbaycan Vətənpərvərlər, Azərbaycan Vahid Kommunist partiyalarının adlarını çəkmək olar.
Həmçinin elələri var ki, rəhbərləri, habelə bir çox üzvləri vəfat edib və ya partiya sıralarını tərk ediblər. Yaxud partiyanın üzvü kimi qeyd olunan şəxslər bundan məlumatsızdırlar, eləcə də həmin təşkilatlar qeydiyyata alınmış hüquqi ünvanlarda mövcud deyillər.
Partiyaların fəaliyyəti “Siyasi partiyalar haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, habelə digər qanunlarla tənzimlənir və qanunvericilikdə onların hüquq və vəzifələri təsbit olunub.
Təəssüf ki, qeyd olunan partiyalar qanunvericilikdə nəzərdə tutulmuş vəzifələri icra etmirlər: qurultaylar keçirmir, idarəetmə orqanlarını formalaşdırmır, maliyyə hesabatlarını vaxtında və ya ümumiyyətlə, təqdim etmir, digər nöqsanlara yol verməklə qanunvericiliyin tələblərini pozmuş olurlar.
Bununla bağlı nazirlik tərəfindən rəsmi müraciətlər edilib və qanunvericiliyin tələblərinə uyğun tədbirlərin görülməsi xahiş olunub. Lakin həmin partiyalar tərəfindən heç bir addım atılmayıb.
Fürsətdən istifadə edib belə partiyalara bir daha müraciət edərək fəaliyyətlərini bərpa etmək istəyənlərə zəruri hüquqi yardım göstərməyə Ədliyyə Nazirliyinin hazır olduğunu bildirirəm.
Partiyaların öz fəaliyyətlərinə xitam verməklə bağlı sualınıza gəlincə isə, bildirməliyəm ki, ləğvetmə proseduru mürəkkəb və uzun sürən bir proses olmaqla qanunvericilikdə öz əksini tapıb. Belə ki, bunun üçün partiyanın qurultayı keçirilməli, ləğvetmə komissiyası yaradılmalıdır. Partiyanın ləğvi barədə elan verilməli, ləğvetmə ilə bağlı müvafiq, o cümlədən maliyyə xarakterli sənədlər hazırlanmalı, əmlakları barədə qərar qəbul edilməli və s. tədbirlər görülməlidir. Bununla bağlı qanunvericilikdə konkret müddətlər müəyyən edilib. Ləğvetmə prosesinin ümumi müddəti bir ildən çox çəkdikdə isə, o, yenidən başlanır.
Ona görə də partiyanın ləğvi ilə bağlı qərar qəbul etmək və bununla əlaqədar hər hansı addım atmaq iqtidarında olmadıqlarından həmin təşkilatlar üçün daha asan və əlverişli yol fəaliyyətlərinə məhkəmə qaydasında xitam verilməsidir.
Bu səbəbdən artıq bəzi partiyaların üzvləri Ədliyyə Nazirliyinə müraciət edərək ləğvetmə prosesini nazirliyin təşəbbüsü əsasında məhkəmə yolu ilə həyata keçirmək niyyətində olduqlarını bildiriblər.
Şübhəsiz ki, əsas istəyimiz və məqsədimiz cəmiyyətimizdə vətəndaş həmrəyliyinin və milli birliyin möhkəmləndirilməsinə, bütövlükdə Vətənimizin hərtərəfli tərəqqisinə və dirçəlişinə öz töhfələrini verən siyasi qüvvələrin fəaliyyətinə dəstək göstərməkdir. Bununla bağlı Ədliyyə Nazirliyi tərəfindən qanunvericiliyə uyğun tədbirlər davam etdiriləcək.






Starxeber Bizi instagramda izləyin