22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial / Mədəniyyət 10.02.2021 604

Fevralın 10-da GUAM Parlament Assambleyasının videokonfrans formatında 15-ci Büro iclası keçirilib. İclasda GUAM PA-nın sədri, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və nümayəndə heyətinin üzvü Nəsib Məhəməliyev iştirak ediblər.

"Operativ24.az" xəbər verir ki, tədbirdə GUAM Parlament Assambleyasının komitələrində 2021-ci il üçün milli nümayəndə heyətlərinin tərkibinin təsdiqlənməsi, Büronun növbədənkənar iclasının nəticələri, Gürcüstandakı Parlament seçkilərində qurumun müşahidə missiyasının işi, GUAM PA-nın 13-cü iclasının Bəyannamə layihəsi və digər məsələlərə baxılıb.

GUAM PA-nın sədri və qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev təşkilatın iyulun 24-də keçirilmiş növbədənkənar 14-cü Büro iclasında GUAM PA-ya üzv ölkələrə Ermənistan-Azərbaycan təmas xəttində Ermənistanın təxribatı nəticəsində baş verən gərginliklə bağlı  Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərinə görə öz təşəkkürünü ifadə edib. Bildirib ki, Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Şanlı ordusu 44 günlük Vətən müharibəsində Zəfər qazanaraq torpaqlarımızı işğaldan azad edib.

Müzakirələr zamanı GUAM PA-da Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgiy Xelaşvili, Ukrayna nümayəndə heyətinin rəhbəri Svyatoslav Yuraş, Moldova nümayəndə heyətinin rəhbəri Aleksandru Jizdan gündəlikdəki məsələlər barədə öz fikirlərini açıqlayıblar.

GUAM PA-nın Baş katibi Altay Əfəndiyev əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə dair öz rəy və təkliflərini diqqətə çatdırıb.
Tədbirdə GUAM Parlament Assambleyasına sədrlik Gürcüstana təhvil verilib.






Starxeber Bizi instagramda izləyin