22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
İdman / Sosial 9.02.2021 660

Bu gün BOK-un pandemiya ilə bağlı təhlükəsizlik tədbirləri və hazırlıqlarının yer aldığı  “Playbook” un təqdimatı baş tutub. 

"Operativ24.az" xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına hazırlıq çərçivəsində nümayəndə heyyətləri rəhbərləri üçün nəzərdə tutulan onlayn təqdimat mərasimində BOK prezidenti Tomas Bax (Thomas Bach),   BOK-un MOK ilə əlaqələr şöbəsinin rəhbəri Çeyms Maklaud  (Ceyms Makleod ) və Tokio -2020 Yay Olimpiya Oyunlarının Əməliyyat komitəsinin məsul şəxsləri iştirak edib. Təqdimat mərasimində çıxış edən  BOK prezidenti Tomas Bax bildirib ki, “Playbook” un hazırlanması bir addım da Olimpiya oyunlara yaxınlaşmaq deməkdir.

MOK mətbuat xidmətinin məlumatına görə, təqdimat mərasimində bildirilib ki, Tokio -2020 Yay Olimpiya Oyunları üçün  “COCOA” adlandırılan  xüsusi mobil tətbiq hazırlanıb.  Proqram pandemiya ilə mübarizəyə həsr olunan və yoluxma riskini azaltmaq məqsədilə hazırlanan tədbirlər planı çərçivəsində ərsəyə gətirilib.  Olimpiya Oyunlarına qatılacaq ölkələrin nümayəndə heyyətlərinin hər bir üzvü bu proqramı 14 gün əvvəl öz mobil telefonuna yükləməlidir.  Bundan sonra  proqramın tələb etdiyi məlumatlar (hərarət, öskürək, ümumi vəziyyət və.s)   haqda  informasiyalar 14 gün ərzində mobil tətbiqə daxil edilməlidir. Bu dolayısı ilə Tokio-2020 Yay Olimpiya Oyunalrına qatılacaq hər bir iştirakçının sağlıq durumu haqda oyunların əməliyyat komitəsinin müvafiq qurumunun məlumatlandırılmasına xidmət edəcək. Bundan başqa Tokio- 2020 Yay Olimpiya Oyunlarına yola düşməzdən 72 saat əvvəl nümayəndə heyyəti üzvləri PZR testi verməlidir. İlkin qərarə əsasən Olimpiya kəndində hər kəs 4 gündən bir test verəcək. Xüsusi olaraq qeyd edilib ki, virusa qarşı ən yüksək təhlükəsilik tədbirləri görülüb.  İdmançılar və məşqçilər, media, beynəlxalq federasiyalar, həmçinin yayım işini həyata keçirdəcək qurumlar üçün fərqli “Play book” lar hazırlanıb.  Aprel ayında   isə nümayəndə heyyəti rəhbərləri üçün nəzərdə tutulan “play book” un təqdim olunacağı gözlənilir.

Sonda Tokio -2020 Yay Olimpiya Oyunlarının Əməliyyat komitəsinin məsul şəxsləri ölkələrin Olimpiya Komitələri nümayəndələrinin çoxsaylı suallarına cavab verib. Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr departamentinin rəhbəri Anar Bağırov və Marketinq Departamentinin rəhbəri Mehman Kərimov təqdimatda iştirak edib.






Starxeber Bizi instagramda izləyin