Fevralın 8-də “Xəzər” TV-nin “Xəzər-Xəbər” proqramında Bakı şəhərindəki yataqxanalarda məcburi köçkünlərin yaşadıqları otaqları satışa çıxarması barədə reportaj yayımlanıb.
"Operativ24.az" xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat xidməti bununla əlaqədar olaraq bildirir ki, məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları yataqxanaların Dövlət Komitəsinə heç bir aidiyyəti yoxdur.