Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) yeni baş direktor təyin edilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.
"Operativ24.az" xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri adıçəkilən məsələ ilə əlaqədar heç bir rəsmi sənəd imzalamayıb.
Qeyd edək ki, Suat Paşayev “Aztelekom”un baş direktoru vəzifəsini icra etməkdə davam edir.