22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 8.02.2021 875

Dövlət Miqrasiya Xidmətinin II Qarabağ müharibəsində döyüşmüş əməkdaşları təltif ediliblər. Görüşə müharibə iştirakçılarının valideynləri də dəvət olunublar. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Giriş nitqi ilə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını səmimi salamlayıb. Bildirib ki, 44 günlük müharibə dövründə Azərbaycan xalqının nəbzi əsgər və zabitlərlə birgə döyünüb. Vətənə layiqli qəhrəman övlad böyütdükləri üçün valideynlərə təşəkkkür edən Xidmət rəisi döyüş iştirakçılarının hər birinə Xidmət kollektivi adından minnətdarlığını bildirib.

"Operativ24.az" xəbər verir ki, Vüsal Hüseynov II Qarabağ müharibəsinin əhəmiyyətinə toxunaraq qeyd edib ki, artıq biz müharibədən qalib ayrılmış ölkənin vətəndaşlarıyıq. Bu qələbənin memarı isə istər diplomatik, istər iqtisadi, istərsə də hərbi sahədə zəfərə gedən yolu mərhələli şəkildə son nöqtəyə çatdıran məhz cənab Ali Baş Komandan İlham Əliyevdir. Vüsal Hüseynov həmçinin vurğulayıb ki, döyüşdə iştirak edən əməkdaşlar Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilərək medallarla təltif olunublar.

Dövlət Miqrasiya Xidməti rəisinin I müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vəli Nağıyev çıxışında zəfər döyüşlərini I Qarabağ müharibəsi ilə müqayisəli şəkildə diqqətə çatdırıb. Bildirib ki, I Qarabağ müharibəsindən məğlub kimi ayrılsaq da, II Vətən müharibəsi şanlı qələbənin təməlini qoydu. Budəfəki savaş Ali Baş Komandanın uzunmüddətli həyata keçirdiyi strategiyanın məntiqi nəticəsi və qələbəsi idi. Vəli Nağıyev qalibiyyətin ölkəmizin beynəlxalq nüfuzunun artmasına,  beynəlxalq tədbirlərdəki əhəmiyyətinə, bunun nəinki ermənilərə, onların havadarlarına da tutarlı mesaj olduğunu diqqətə çatdırıb.

Dövlət Miqrasiya Xidməti rəisinin müavini, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev I Qarabağ müharibəsindəki iştirakından, işğal altında olan ərazilərimizin qaytarılmasının nə qədər çətin və ağır döyüşlər hesabına başa gəldiyindən danışıb. Vurğulayıb ki, o vaxt yarımçıq qalan arzuları II Qarabağ müharibəsində igid Azərbaycan oğulları qələbə ilə reallaşdırdı. Qalib əməkdaşları səmimi təbrik edən Elman Əliyev bu cür qəhrəman oğulları böyüdən valideynlərə də xüsusi təşəkkür edib.

Daha sonra Vətən müharibəsində iştirak edən əməkdaşlar Xidmət rəhbərliyi tərəfindən təltif olunublar. Tədbirdə çıxış edən valideynlər Xidmət rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonda xatirə şəkli çəkilib.






Starxeber Bizi instagramda izləyin