22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 8.02.2021 377

 Paytaxdakı 192 nömrəli tam orta məktəbdə Vətən Müharibəsində qazanılmış qələbəmizi və qəhrəman ordumuzun zəfər yolunu şagirdlərə daha yaxından hiss etdirmək üçün “Zəfər tarixi” muzeyi yaradılıb.

"Operativ24.az" xəbər verir ki, muzeyin yaradılmasında əsas məqsəd şanlı döyüş tariximizdə torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq salnaməsi ilə daha yaxından tanış olmaq və gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan verməkdən ibarətdir.
Muzeydə Azərbaycanın Milli Qəhrəmanları, şəhid təhsil işçiləri, ermənilərin təcavüzü nəticəsində həlak olan məktəblilər haqqında stendlər və tariximizin ayrı-ayrı dövrləri ilə bağlı eksponatlar yer alır.

Həmçinin muzeydə “Biz  qalib gəldik”, “Qarabağ Azərbaycandır”, “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz”, “Rəşadətli Azərbaycan ordusu”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vətən müharibəsi qəhrəmanları”, “Dəmir yumruq birliyimizdir” mövzularında stendlər nümayiş olunur.
Muzeydə şagirdlərin əl işləri olan “Şuşa” və “Xudafərin körpüsü” maketləri yerləşdirilib, eyni zamanda xalqımızın milli adət-ənənələrini əks etdirən müxtəlif növ sənətkarlıq nümunələri toplanıb.

Məktəb tərəfindən muzeyə dair videoçarx da hazırlanıb (https://cloud.mail.ru/stock/gMNai1me6kmdbZabZmiNnyVo).

Qeyd edək ki, 192 nömrəli tam orta məktəbdə“Nizami Gəncəvi İli” ilə bağlı “Nizami Gəncəvi 880” guşəsi də yaradılıb. Guşənin yaradılmasında əsas məqsədPrezident İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi barədə imzaladığı Sərəncamın icrası, şagirdlərə dahi Nizami Gəncəvi sənətinin öyrədilməsi və tanıdılmasından ibarətdir.






Starxeber Bizi instagramda izləyin