22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 8.02.2021 369

Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (MSİBM) Regional Meneceri Violeta Vaqnerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə video formatda görüş keçirib.

"Operativ24.az" xəbər verir ki, Dövlət Miqrasiya Xidməti (DMX) ilə MSİBM arasında mövcud əməkdaşlığın vəziyyətinin müzakirə olunduğu görüşdə Vüsal Hüseynov MSİBM ilə tərəfdaşlıq çərçivəsində hazırda icrası davam etdirilən və gələcəkdə həyata keçirilməsi planlaşdırılan layihələr barədə fikirlərini bölüşüb.

Xidmət rəisi vətəndaşlarımızın cəmiyyətə səmərəli reinteqrasiyasının dəstəklənməsi məqsədini daşıyan “Geri qayıdan Azərbaycan vətəndaşlarına reinteqrasiya dəstəyi (RESTART)” layihəsinin uğurla həyata keçirilməsindən məmnunluğunu ifadə edib.

Bununla yanaşı, MSİBM-in dəstəyi ilə həyata keçirilmiş “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Yerdəyişmə üzrə Tərəfdaşlığın İcrasına Dəstək (MOBİLAZE)” layihəsinin davamı olaraq miqrasiya idarəçiliyi sahəsində mövcud prioritetlərə uyğun hazırlanmış və icrası planlaşdırılan “Miqrasiya və sərhəd idarəçiliyi üzrə texniki və institusional bacarıqların artırılması (ETİMAD)” adlı layihənin də önəminə toxunub.

Yeni növ koronavirus xəstəliyinin (COVID-19) dünya dövlətləri qarşısında yaratdığı çağırışlara və insanların gündəlik həyatlarına gətirdiyi məhdudiyyətlərə diqqəti çəkən Vüsal Hüseynov pandemiyanın ilk günlərindən Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə göstərilən elektron xidmətlərin mövcud tələbata uyğunlaşdırıldığını, bütün xidmətlərin elektron qaydada həyata keçirilərək optimallaşdırıldığını bildirib.

MSİBM-in Regional Portfolio Meneceri Violeta Vaqner görüşə vaxt ayırdığına və səmərəli əməkdaşlığın qurulmasında göstərdiyi dəstəyə görə Xidmət rəisinə təşəkkürünü bildirib, mövcud və gələcək layihələrin icra vəziyyəti barədə yenilənmiş məlumatları diqqətə çatdırıb. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






Starxeber Bizi instagramda izləyin