17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 8.02.2021 855

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimovla görüş keçirilib.

"Operativ24.az" xəbər verir ki, görüş zamanı qurumlararası əlaqələndirmə funksiyasını yerinə yetirən İdarələrarası Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilib, xüsusi nümayəndəliyin vəzifələri və fəaliyyət istiqamətlərinə uyğun olaraq İdarələrarası Mərkəzlə birgə görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

Habelə görüşdə dövlət başçısının təşəbbüsü və müvafiq Sərəncamı ilə yaradılmış Prezidentin xüsusi nümayəndəsi institutunun işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin sistemli, ardıcıl və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi istiqamətində İdarələrarası Mərkəz və onun nəzdində fəaliyyət göstərən İşçi qruplarla qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Gələcəkdə Prezidentin xüsusi nümayəndələrinin iştirakı ilə İdarələrarası Mərkəzin müvafiq İşçi qruplarının birgə iclaslarının da keçirilməsinin zəruriliyi vurğulanıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.






Starxeber Bizi instagramda izləyin