22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Mədəniyyət 6.02.2021 426

1 fevral 2021- ci il tarixində UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi  üzrə 2005-ci il Konvensiyası üzrə Hökumətlərarası Komitənin 14-cü iclası başlayıb. Görüşdə Azərbaycan tərəfi Mədəniyyət Nazirliyi və UNESCO yanında Daimi Nümayəndəliyi tərəfindən təmsil olunur.

"Operativ24.az" xəbər verir ki, görüşün ilk günündə UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri, səfir Elman Abdullayev çıxış edərək 2005-ci il Konvensiyasının mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi istiqamətindəki rolundan, Azərbaycanda inkişaf etdirilən kreativ sənayedən, inklüziv cəmiyyəti inkişaf etdirmək məqsədilə yaradıcılığın təşviqi istiqamətində görülən işlərdən, eyni zamanda hamı üçün zəngin mədəni özünüifadə sahəsində bərabərhüquqlu fürsətlərin təmin edilməsindən danışıb.

Mədəniyyət Nazirliyinin və “Kreativ Azərbaycan” portalının sənət nümayəndələrini UNESCO-nun ResiliArt təşəbbüsünə qoşulmağa dəvət etdiyini bildirən E.Abdullayev, bu günə kimi ölkəmizdə 21 yeni layihə, kampaniya və müsabiqənin keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, tarixi, incəsənəti, maddi-mədəniyyət abidələri, əsrarəngiz təbiəti, iqlimi, təbii sərvətləri ilə zəngin olan işğaldan azad edilmiş torpaqlarımızda yaxın gələcəkdə müasir və yenilikçi inkişaf mərkəzləri və yaradıcılıq institutlarının təməli qoyulacaq.

Görüşün ikinci günündə UNESCO-nun 15 aprel 2020-ci ildə COVİD-19 pandemiyası ilə mübarizə çərçivəsində elan etdiyi ResiliArt hərəkatı haqqında müzakirələr təşkil olundu. Mədəniyyət Nazirliyinin Beynəlxalq layihələr və innovasiyalar sektorunun müdiri Ramil Abbəkirov çıxış edərək bu hərəkat çərçivəsində Azərbaycanda görülən işlər və pandemiya dövründə mədəniyyət və yaradıcı sənayelər sahəsinin dəstəklənməsi istiqamətində həyata keçirilən layihələr haqqında, xüsusən də “Evdə Qal Evdə Yarat” layihəsi və onun verdiyi töhvələr haqqında məlumat verdi.

Eyni zamanda müzakirələr zamanı işğaldan azad olunmuş ərazilərdə yerləşən mədəni irsə dair təxribatçı mövqe ilə çıxış edən Ermənistan tərəfinə cavab olaraq Qarabağda və ətraf yeddi rayonlarda mövcud olan mədəniyyətin və mədəni irsin 30 ilə yaxın işğal müddətində dağıdılması, eyni zamanda Azərbaycan Hökuməti tərəfindən mənşəyi fərqi olmadan istənilən mədəni irs nümunəsinə göstərilən qayğı haqqında iclas iştirakçılarına məlumat verildi.

Komitənin 14-cü iclası 6 fevral 2021-ci il tarixinədək davam edəcək.






Starxeber Bizi instagramda izləyin