22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Mədəniyyət 6.02.2021 251

2021-ci il Mədəniyyət Nazirliyinin mətbu orqanı olan “Mədəniyyət” qəzetinin nəşrə başlamasının 30-cu ildönümüdür. Müstəqil Azərbaycanın yaşıdı olan qəzet ötən dövrdə zəngin inkişaf yolu keçib və ölkənin kütləvi informasiya vasitələri arasında, müasir mətbuat tariximizdə özünə layiqli yer tutub. Bu illər ərzində qəzetin nəşr formatı, dövriliyi, dizaynı dəyişsə də, respublikamızın mədəni həyatının bütün sahələrini dolğun şəkildə işıqlandırmaq, oxuculara ölkə və dünya mədəniyyəti ilə bağlı ən maraqlı məlumatları çatdırmaq məramı dəyişməz olaraq qalır.

"Operativ24.az"
xəbər verir ki, ilk sayı 1991-ci ilin yanvarında işıq üzü görən qəzetin səhifələrində son 30 ildə mədəniyyət tariximizin salnaməsi əks olunub. Bu salnamənin böyük bir hissəsini eyni zamanda elektron formatda izləmək mümkündür. Qəzetin internet saytı (www.medeniyyet.az) hazırda ölkəmizdə mədəniyyətlə bağlı zəngin elektron resursdur. Ötən illərdə ölkəmizin ictimai-mədəni həyatında müstəsna əhəmiyyət kəsb edən hadisələrlə bağlı qəzetin xüsusi buraxılışları, “Kitab”, “Afişa” əlavələri də nəşr olunub.

Nəşr ömrünün 30 yaşa çatması “Mədəniyyət”in redaksiyasında uzun illər çalışan, eləcə də burada nisbətən yeni fəaliyyətə başlayan hər bir əməkdaş üçün əlamətdar hadisədir.

Mədəniyyət Nazirliyi İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə və şöbənin İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri vəzifəsini icra edən Məhəmməd Həmzəyev fevralın 4-də “Mədəniyyət” qəzetinin redaksiyasında olub, mədəniyyət naziri Anar Kərimovun təbriklərini kollektivə çatdırıblar. Məryəm Qafarzadə bildirib ki, nazirin müvafiq əmrinə əsasən, redaksiyanın kollektivi əlamətdar yubiley münasibətilə mükafatlandırılıb və təşəkkürnamələrlə təltif olunub.

Şöbə müdiri qeyd edib ki, Azərbaycanın öz tarixinin şanlı səhifəsinə qədəm qoyduğu bir vaxtda mədəniyyətin idarə olunması, mədəni inkişafın günün tələbləri səviyyəsində qurulması vacibdir. Bununla bağlı Mədəniyyət Nazirliyi tərəfindən həm forma, həm də məzmunu ehtiva edən islahatlara başlanılıb və bu, informasiya və kommunikasiya sahəsində də  qarşıya  yeni vəzifələr qoyur. Qarabağa “Böyük Qayıdış” proqramına başlanılması, ölkə Prezidenti tərəfindən Şuşanın Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi, “Nizami Gəncəvi İli”nin elan olunması 2021-ci ilin mədəniyyət sahəsi üçün çox zəngin olacağını deməyə əsas verir. Bu işdə mətbuatın, kütləvi informasiya vasitələrinin də üzərinə önəmli məsuliyyət düşür. “Mədəniyyət” qəzetinin indiyədək bu xüsusda mühüm rolu olduğunu qeyd edən M.Qafarzadə əmin olduğunu bildirib ki, qəzet bundan sonra da öz missiyasını layiqincə davam etdirəcək. Şöbə müdiri yubiley münasibətilə kollektivi təbrik edərək, qəzetə yeni uğurlar arzulayıb.
Sonra qəzetin əməkdaşlarına nazirliyin təşəkkürnamələri təqdim olunub.

“Mədəniyyət” qəzetinin baş redaktoru Vüqar Əliyev kollektiv adından Mədəniyyət Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, redaksiyaya göstərilən diqqət, qəzetin fəaliyyətinə verilən qiymət kollektiv üçün təşviq, stimul olmaqla bərabər, eyni zamanda daha böyük məsuliyyətdir. 2020-ci ilin şanlı zəfərindən sonra Azərbaycanın tarixində başlanan yeni dövr mədəniyyətimiz üçün də yeni inkişaf, intibah deməkdir və biz də bu yolda, kiçik də olsa, öz töhfəmizi verməyə davam edəcəyik.

Sonda qəzetin kollektivi ilə xatirə fotosu çəkdirilib.






Starxeber Bizi instagramda izləyin