10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Sosial 5.02.2021 735

Böyükşor gölündə ümumi gücü 100 kVt təşkil edən üzən günəş stansiyasının tikintisinə dair pilot layihə üzrə işlərə başlanması ilə bağlı ilk görüş keçirilib.

"Operatviv24.az"
xəbər verir ki, görüşdə layihə üzrə satınalınma müsabiqəsinin qalibi “Gamma Solutions” şirkətinin layihə ilə bağlı iş prinsipləri, səfərbər etdiyi işçi heyəti, layihənin icra qrafiki təqdim edilib və görüləcək işlər barədə müzakirələr aparılıb.

Tədbirdə Energetika Nazirliyinin, “Təmiz Şəhər” ASC-nin, Asiya İnkişaf Bankının və layihə üzrə məsləhətçi şirkətin nümayəndələri iştirak ediblər. Məlumat üçün bildiririk ki, “Gamma Solutions” şirkəti üzən günəş stansiyasının mühəndisliyi, satınalınması, tikintisi, iki il müddətinə istismarı və texniki xidmətinin göstərilməsi üçün keçirilmiş satınalma müsabiqəsinin nəticəsində müəyyən edilib.

Müsabiqədə beynəlxalq şirkətlərlə yanaşı, yerli şirkətlər də iştirak ediblər. Satınalma işləri layihənin məsləhətçisi “EQO-NIXUS” şirkəti tərəfindən yerinə yetirilib və layihə üzrə qəbul edilmiş təkliflərin qiymətləndirilməsi nəticəsində “Gamma Solutions” beynəlxalq şirkəti satınalma müsabiqəsinin qalibi elan olunub və şirkətlə müqavilə imzalanıb. Stansiyanın tikintisinin yerli şirkətlərlə əməkdaşlıq çərçivəsində həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, layihə Asiya İnkişaf Bankının Bilik və Dəstəyin Göstərilməsi üzrə Texniki Yardım proqramı çərçivəsində həyata keçirilən Azərbaycan, Qırğızıstan və Əfqanıstanı əhatə edən “Üzən Günəş Enerji Sistemlərinin İnkişafı” regional layihəsi çərçivəsində reallaşdırılır.






Starxeber Bizi instagramda izləyin