16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |    
Sosial 5.02.2021 875

Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü Vüqar İskəndərov koronavirus infeksiyasının idman sahəsinə təsiri və zalları bağlı qalması mövzusunda "Operativ24.az"a münasibət bildirib.

Artıq bir ildən çoxdur ki, davam edən Covid-19 virusu bütün sahələrə olduğu kimi idman sahəsinə də təsirsiz ötüşmür. Bu müddət ərzində idman zallarının qapalı olması, müxtəlif tədbirlərin təxirə salınması müəyyən çətinliklər törədir. 

Millət vəkili qeyd edib ki, bu dövr ərzində təkcə ölkəmizdə yox, dünya miqyasında ən çox zərər çəkən sahələrdən biri idmandır.

"Ümumiyyətlə, pandemiya bütün sahələrə mənfi təsirini göstərdi. Demək olar, elə bir sahə yoxdur ki, orada pandemiyanın təsirləri müşahidə olunmasın. Təbii ki, bu idman sahəsindən də yan keçmədi. Həmçinin, qeyd etmək lazımdır ki, idman dinamik sahədir və burada insanların bir-birilə təması digər sahələrdən daha çoxdur. Elə bu səbəbdən də, sosial məsafənin qorunması və insanların sıx təmasının azaldılması çətin olduğundan idman sahəsində müəyyən çətinliklər yaranıb."
 
Vüqar İskəndərov, eyni zamanda dünyada və Azərbaycanda keçirilməsi planlaşdırılan, lakin pandemiya səbəbilə təxirə salınan oyunlar və tədbirlər haqqında danışıb. Bu zaman kəsiyində, pandemiya şərtlərində ölkəmizdə görülən mümkün tədbirlər haqqında məlumat verib.
 Onun sözlərinə görə, idmançıların müəyyən vaxt ərzində məşqlər və yarışlarda iştirak edə bilməməsi onların formadan düşməsinə gətirib çıxarır. Lakin fövqaladə vəziyyət təkcə ölkəmizdə yox, həm də bütün dünyada baş verdiyinə görə bu prosesi mümkün qədər aradan qaldırmaq üçün bır sra layihələr təşkil edilib.
"Bildiyimiz kimi, "Tokio" olimpiyadası, və bir çox Dünya və Avropa çempionatları, beynəlxalq turnirlər pandemiya səbəbilə təxirə salındı. Eləcə də ölkəmizdə təşkil olunacaq mötəbər beynəlxalq yarışlar da bu səbəbdən təxirə düşmüş oldu.

Ölkəmizdə keçən bu bir il ərzində idmançılarımız pandemiyanın yayılma sürətinin pik həddə çatmadığı zamanda bir neçə idman növü üzrə qısa da olsa təlim-məşq toplanışları həyata keçirə  bildilər. Artıq izolyasiya tədbirlərinin sərtləşdirilirildiyi dövrlərdə isə idmançıların bütün fəaliyyətləri ilk öncə onların sağlamlıqları düşünülərək təxirə salındı. Bu da öz növbəsində müəyyən qədər passivləşməyə gətirib çıxardı. İdmanda bir deyim var ki, bir yarış 6 aylıq məşqə  bərabərdir. Yəni 6 aylıq məşqdə qazanacağı təcrübəni idmançı bir yarışda qazanmış olur. Bir yarışın verdiyi təcrübə və bacarıq 6 aylıq məşqdə qazandığından daha çoxdur. Ona görə də yarışların olmaması idmançıların formadan düşməsinə səbəb oldu. Gənclər və İdman Nazirliyi də bu müddətdə müəyyən tədbir və layihələr həyata keçirməyə başladı. "Evdə qal, idmandan qalma" layihəsi kimi bir neçə maraqlı layihələr təşkil olundu.
Təbii ki, bu təkcə bizim ölkə üçün yox bütün dünya üçün keçərli vəziyyət olduğundan mən deyərdim ki, idman sahəsi özünün ən ağır dövrünü yaşayır. Biz düşünməzdik ki, nə vaxtsa bütün sahələrdə bu qədər durğunluq yaşana bilər."

Millət vəkili vaksinlərin ölkəmizə gətirilməsi ilə bütün sahələrdə olduğu kimi idman sahəsində də tədricən dirçəlişin olacağını vurğulayıb.

"Vaksinlərin yaradılması və ölkəmizə gətirilməsi son zamanlarda bütün sahələr üçün dirçəliş vəd edir. Cənab Prezidentimizin söylədiyi kimi ən qabaqcıl vaksinlər ölkəmizə gətirilməsi və vaksinasiya işlərinin həyata keçirilməsi prosesi davam etdirilir.  Artıq biz görürük ki, idmançılar yavaş-yavaş öz məşqlərini bərpa edə bilirlər, peşəkar idman növləri üzrə bir çox ölkələrdə idmançılar öz güclərini sınayır və müəyyən qədər idman yarışlarının bərpası həyata keçirilir. Eləcə də görürük ki, qış idman turnirləri, fiqurlu konki sürmə, xokkey idman növü və s. üzrə beynəlxalq yarışlar bərpa olunmağa başlayır. Tamaşaçısız da olsa futbol çempionatları keçirilir. Amma buna baxmayaraq demək olmaz ki, hər şey əvvəlki vəziyyətinə qayıdıb. Mən ümid edirəm ki, artıq yaydan etibarən biz idman sahələrinin dirçəlişinin şahidi olacağıq. Lakin, yenə də tamamilə hər şeyin əvvəlki qaydada və ən yüksək səviyyədə olacağı barədə söz demək hələ tezdir."

Sonda Avropa çempionu Vüqar İskəndərov idmançılarımıza öz tövsiyyələrini çatdırıb və ən qısa zamanda həyatın əvvəlki halına qayıtmasını arzu edib. 

"Sən idmançı olaraq bir il müddətində məşq edə bilərsən, ancaq məşq etməzsənsə bir ay kifayətdir ki, yığdığın bütün təcrübəni və formanı itirəsən. O mənada idmançı qarşıya baxmalı və öz qüvvəsini gələcək yarışlarda sınamalıdır. Ümid edək ki, artıq May ayından sonra tədricən həyat əvvəlki, vəziyyətinə qayıdacaq. Cəmiyyətdə qismən yaxşılaşma müşahidə ediləcək və insanlarda antitellərin yaranması ilə bağlı olaraq  müəyyən yüngülləşmələr yaşayacağıq. Bundan sonra idmançılarımız sərhədlərin açılması ilə birlikdə beynəlxalq yarışlarda da iştirak edə biləcəklər”,- deyə V.İskəndərov yekunlaşdırıb.

Qəndab Məmmədova






Starxeber Bizi instagramda izləyin