10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |     18:24 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “AzerGold” QSC arasında birgə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     18:15 “İMZA”-da yeni təyinatlar olub  |     18:08 Rəna Əkbərova yeni vəzifəyə təyin olunub  |     18:06 Azərbaycan oftalmoloqlarının İndoneziya səfəri başa çatıb  |    
Hadisə / Siyasət 5.02.2021 273

Bakı Nəqliyyat Agentliyi (BNA) Sumqayıtda avtobus sürücüsünün avtoxuliqanlıq etməsi ilə bağlı məlumat yayıb.

"Operativ24.az" xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev avtobusun BNA-ya məxsus olmadığını bildirib.
"Məlum olduğu kimi 04.02.2021 tarixində axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun sürücünün avtoxuliqanlıq etməsinə dair fakt qeydə alınıb. Bəzi xəbər saytlarında və sosial şəbəkə hesablarında avtobusun Bakı Nəqliyyat Agentliyinə məxsus olması barədə həqiqətə uyğun olmayan informasiyalar yayılıb.

Məlumat üçün bildirik ki, avtoxuliqanlıq halı qeydə alınan nəqliyyat vasitəsi “Xaliq Faiqoğlu” MMC-yə aiddir. 10 TG 816 dövlət qeydiyyat nişanlı avtobus 114 nömrəli müntəzəm xətt üzrə istismardadır.

Hazırda fakt üzrə hərtərəfli araşdırma aparılır. Xətt üzrə daşıyıcı “Xaliq Faiqoğlu” MMC-nin məsul şəxsləri Agentliyə çağırılıb. Məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə o bildirib.






Starxeber Bizi instagramda izləyin