22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Hadisə 4.02.2021 618

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində “Kat Holding” MMC-nin təsisçisi Elçin Ələkbərovun Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq edilən cinayət işi üzrə əsassız olaraq həbs edilməsi  nəticəsində tikinti işlərinin tamamlanmaması səbəbindən bir çox vətəndaşın mənzillərlə təmin edilməməsi ilə bağlı yayılmış həqiqətə uyğun olmayan informasiyalar Baş Prokurorluq tərəfindən təkzib olunmuşdur.

"Operativ24.az" xəbər verir ki. bir müddət əvvəl Elçin Ələkbərovun qanunsuz əməlləri nəticəsində 2018-ci ilin dekabr ayında təhvil verilməli olan binanın hazırkı vaxtadək istismara verilməməsi səbəbindən vətəndaşların şikayət etmələri ilə bağlı informasiyaların ictimailəşdirilməsinə baxmayaraq, təəssüf ki, eyni media subyektləri tərəfindən istintaqın normal gedişatına təsir göstərmək, eləcə də işin obyektiv hallarını “pərdələmək” məqsədi ilə qərəzli olaraq  Elçin Ələkbərovun məhz həbs edilməsinin tikinti işlərinin tamamlanmamasına səbəb olması barədə məlumatlar dərc edilmişdir.

Baş Prokurorluq tərəfindən bir daha bildirilir ki, məhz mənzillərlə təmin edilməyən bir çox vətəndaşın, eləcə  də Litva Respublikasının vətəndaşı Pocius Povilasın 10 iyun 2020-ci il tarixli,  həmçinin binaların tikintisini sifariş edən “MİDA” MMC-nin 12 iyun 2020-ci il tarixli  müraciətləri əsasında aparılan araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 16 iyul 2020-ci il tarixdə cinayət işi başlanmışdır.
Istintaq gedişatında toplanmış sübutlara əsasən  Elçin Ələkbərov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Zərərçəkmiş şəxslərə vurulmuş maddi zərərin ödənilməsi və pozulmuş hüquqların bərpası istiqamətində Baş Prokurorluq tərəfindən tədbirlər davam etdirilir.

Bir daha KİV-nin nümayəndələrini və sosial şəbəkə istifadəçilərini informasiyaları dərc edərkən diqqətli və qərəzsiz olmalarına çağırırıq.






Starxeber Bizi instagramda izləyin