22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 4.02.2021 390

AMADA növbəti 10 il üçün fəaliyyət strategiyasını Milli Prioritetlər əsasında hazırlayır

Azərbaycan Milli Antidopinq Agetntliyinin (AMADA) növbəti 10 illik fəaliyyət strategiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” əsasında hazırlanır.  Bu barədə qurumun rəhbəri Şəfəq Hüseynli açıqlama verib. 

Şəfəq Hüseynli AMADA-nın  2016-cı ilin dekabr ayında təsis edilməsindən sonra qəbul olunan 4 illik Davamlı Strateji Planının icrasının yekunları ilə bağlı  da məlumat verib. Bildirib ki, Azərbaycanda müstəqil milli antidopinq təşkilatı qismində təsis edilmiş publik hüquqi şəxs olan AMADA ictimai əhəmiyyət daşıyan dopinqlə mübarizə funksiyasını həyata keçirir. Əsas missiyası ölkə ərazisində antidopinq proqramını həyata keçirmək olan AMADA-nın 26 nəfərdən ibarət işçi heyəti və mülki müqavilə əsasında fəaliyyət göstərən 31 nümunə toplama heyəti vardır. 

AMADA 4 illik fəaliyyətini və hədəflərini əks etdirən  Davamlı Strateji Planının hazırlanmasında  BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri əsas götürüb. Hansı ki, bu, 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında təsdiq edilmiş və bütün dünya ölkələri tərəfindən dəstəklənmiş Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də əksini tapıb. Gündəlikdə 2030-cu ilədək daha yaxşı və dayanıqlı gələcəyə çatmaq üçün 17 qlobal məqsəd müəyyənləşdirilmişdir. Bu qlobal çağırışı nəzərə alan AMADA  özünün   Davamlı Strateji Planında həmin 17 məqsəddən 11-nin əks olunduğu  beş istiqamət müəyyənləşdirmişdir.  

Dopinqlə mübarizənin əsasını sağlamlıq, dürüstlük, bərabərlik kimi ictimai dəyərlər təşkil edir. Bununla bərabər hüquqlar, təhsil, gender bərabərliyi, təhlükəsizlik, ədalət, rifah və sair qlobal etik dəyərlər də mövcuddur. AMADA özünün   Davamlı Strateji Planını hazırlayarkən  bu prinsipləri nəzərə almaqla yanaşı buna innovasiyalar və sosial məsuliyyət dəyərlərini də əlavə etmişdir. Əminliklə demək olar ki, AMADA 4 illik fəaliyyəti dövründə bütün bu qlobal dəyər və prinsiplərə sadiq qalmış və Davamlı Strateji Planını uğurla icra etmişdir. 

Ölkənin milli antidopinq təşkilatı və Ümumdünya Antidopinq Məcəlləsinə imza təşkilatı olan AMADA Azərbaycanda dopinqlə mübarizəni Məcəlləyə və beynəlxalq standartlara uyğun, şəffaf qaydada həyata keçirir. Qurumun əsas fəaliyyətinə test etmə, təhsil, təhqiqatlar, elm və nəticələrin emalı daxildir. Bununla bərabər sosial məsuliyyət prinsipinə də sadiq olan AMADA öz fəaliyyətini beş əsas istiqamətdə cəmləşdirmişdir.

  1. SAĞLAMLIQ VƏ TƏHLÜKƏSİZLİK:  Sağlamlıq  dopinqlə mübarizənin təşkilində düzgün və əhatəli qaydaların, habelə tədbirlərin əsasını təşkil edir. 

Əlaqəli DİM: Yaxşı səhiyyə və rifah, BMT DİM No.3

  1.  TƏHSİL VƏ PROFİLAKTİKA: Təhsil davamlı inkişaf üçün ən güclü vasitələrdən biri olduğu kimi,  dopinqlə mübarizənin də  əsas vasitələrindəndir.
Əlaqəli DİM: Keyfiyyətli təhsil, BMT DİM No.4
  1.  DÜRÜSTLÜK VƏ İNSAN HÜQUQLARI: İnsan hüquqları davamlı inkişaf üçün şərait yaradır.  Müxtəliflik, bərabər fürsət, gender balansı, ayrıseçkiliyə yol verməmə kimi prinsiplərə sadiqlik bütün fəaliyyət sahələri üçün vacibdir.
Əlaqəli DİM: Gender bərabərliyi, BMT DİM No 5; Bərabərsizliyin azaldılması, BMT DİM No.10; Sülh, ədalət və səmərəli institutlar, BMT DİM No. 16
  1. İNNOVASİYALAR VƏ ARTIM: Fəaliyyətini Ümumdünya Antidopinq Məcəlləsinə uyğun olaraq quran AMADA ISO 9001: 2015 standartına sahibdir. Bu, işçilərin iştirakı, müxtəliflik, rəqəmsallaşma, innovasiyalar, əməkdaşlıq və qlobal tərəfdaşlığı ehtiva etməklə yanaşı  şəffaflığa və hesabatlılığa əsaslanır. 
Əlaqəli DİM: Layiqli əmək və iqtisadi artım, BMT DİM No.8; Sənaye, innovasiya və infrastruktur, BMT DİM No.9; Məqsədlər üçün tərəfdaşlıqlar, BMT DİM No.17


  1. ƏTRAF MÜHİT ÖHDƏLİYİ:  AMADA-nın ətraf  mühitin qorunmasına həssas yanaşması özündə təkrar emal, enerji və su istifadəsini azaltmaq, tullantıların idarə olunması, enerji səmərəliliyi və bərpa olunan enerjidən istifadəni ehtiva edir. 
Əlaqəli DİM: Sərfəli və təmiz enerji, BMT DİM No.7; Məsuliyyətli istehsal və istehlak, BMT DİM No.12; İqlim dəyişikliyinə qarşı mübarizə, BMT DİM No.13

AMADA 4 il ərzində öz fəaliyyətini bu istiqamətlər üzrə qurmuş və əldə edilən nəticələr gələcək fəaliyyət üçün yaxşı zəmin hazırlamışdır. 

AMADA-nın növbəti 10 il üçün fəaliyyət strategiyasının  əsasını isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral tarixində təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”  təşkil edəcək:   

  1. dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat,
  2. dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət,
  3. rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı,
  4. işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, 
  5. təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

Bu Milli Prioritetlər eyni zamanda, Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.

AMADA Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi Milli Prioritetləri rəhbər tutaraq yeni 10 illik Davamlı Strateji Planını hazırlamağa başlamışdır. Bu plan 4 illik müsbət təcrübəyə, yüksək davamlılıq standartlarına və yeni inkişaf öhdəliklərinə əsaslanacaq. 



Operativ24.az 






Starxeber Bizi instagramda izləyin