Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda məktəbəqədər təhsil müəssisələrində də tədris bərpa olunur.
Operativ24.Az xəbər verir ki, bu haqda Təhsil Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, 2021-ci il 15 fevral tarixindən adıçəkilən yerlərdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə ənənəvi formada bərpa olunacaq.