22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 4.02.2021 915

AzTU-nun akademik və inzibati strukturunda dəyişiklik edildi
 
Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi Şurasının növbəti onlayn iclası keçirilib. İclasda bildirilib ki, AzTU-nun 70 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamına əsasən universitetin 25 əməkdaşı mükafatlandırılıb. Universitetin fəaliyyətinə göstərdiyi diqqətə görə dövlət başçısına təşəkkür ifadə olunub. Bundan başqa qeyd olunub ki, AzTU-nun 70 illiyi münasibəti ilə təhsil naziri Emin Əmrullayev də universitetin 27 əməkdaşını xüsusi mükafata layiq görüb.

Daha sonra bildirilib ki, AzTU-da aparılan struktur islahatları ilə əlaqədar olaraq, bir sıra kafedraların yenidən təşkili zərurəti yaranıb. Belə ki, elmi-tədqiqat mövzularının müvafiq sahələr üzrə unifikasiyasının, həmçinin tədqiqat-tədris prosesinin təşkilində ixtisaslaşmanın və rasionallığın təmin olunması üçün fakültələr üzrə bəzi kafedraların adları dəyişdirilib, bəzi kafedralar isə birləşdirilərək bazasında yeniləri təşkil olunub.

Ümumilikdə akademik strukturla bərabər inzibati strukturda da müvafiq dəyişikliklər edilərək AzTU-nun təşkilati strukturu təsdiq edilib. 
Qeyd edək ki, AzTU-nun yeni strukturunda müasir texnoloji inkişaf, əmək bazarına inteqrasiya və biznes əlaqələrinin inkişafına istiqamətlənmiş elmi-tədqiqat institutları formalaşdırılıb.

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin