22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 2.02.2021 555

Ədliyyə Nazirliyində Gənclər günü münasibətilə 

Nizami Gəncəviyə həsr olunan tədbir keçirilib


Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasəti ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Bu gün ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq, vətənpərvər yeni nəsil formalaşıb, gənclərin cəmiyyətdə fəallığı və idarəetmədə rolu artmaqdadır.

Ölkə başçısı, Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən Azərbaycan gəncləri Vətən müharibəsinin ilk günündən böyük ruh yüksəkliyi ilə ordu sıralarına qoşularaq Qarabağın azadlığı uğrunda qəhrəmanlıq və şücaət göstəriblər. 

Gənclərimiz həmçinin, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çağırışlarına qoşularaq ölkəmizlə bağlı həqiqətlərin, Ermənistanın işğalçılıq siyasətinin və müharibə cinayətlərinin bütün dünyaya çatdırılmasında sosial aktivlik nümayiş etdiriblər.

Ədliyyə orqanlarında çalışan işçilərin əksəriyyətini gənclər təşkil edir. Onlara xüsusi qayğı ilə yanaşılır, layiqli dövlət qulluqçusu kimi formalaşması, bilik, bacarıq və potensialından səmərəli istifadə edilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Gənc ədliyyə işçilərinin və könüllülərinin dövlətçiliyə, milli-mənəvi dəyərlərə sadiqlik və vətənpərvərlik ruhunda inkişafına, bu sahədə maarifləndirmə işinə böyük önəm verilir. 

Ali Baş Komandanın müdrik və yenilməz sərkərdəliyi aparılan 44 günlük zəfər yürüşündə gənc ədliyyə və məhkəmə işçiləri, könüllüləri də fədakarlıqla iştirak edərək sücaət göstəriblər.

Ölkə Prezidentinin yanvarın 5-də imzaladığı Sərəncamla 2021-ci ilin Azərbaycan Respublikasında "Nizami Gəncəvi İli" elan edilməsi ilə bağlı qüdrətli söz və fikir ustadının əxlaqi kamilliyə çağıran və yüksək mənəvi keyfiyyətlərinin aşılanması məqsədilə 2 fevral - Azərbaycan gəncləri günündə Ədliyyə Nazirliyində gənc ədliyyə işçiləri və könüllüləri ilə "Dahi Nizaminin humanizm və vətənpərvər ideyaları" mövzusunda videoformatda tədbir keçirilib.

Tədbirə dəvət olunmuş AMEA-nın Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfzadə  "Nizami Gəncəvi İli" elan olunmasının klassik ədəbi-mədəni irsimizə dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğının bariz təzahürü olduğunu qeyd edərək, dahi Nizaminin zəngin yaradıcılığının öyrənilməsi və təbliğinin əhəmiyyətini gənclərin nəzərinə çatdırıb.

Bildirib ki, öz dövrünün humanist mütəfəkkiri olan Nizaminin bütün əsərlərində, o cümlədən dünya poetik-fəlsəfi fikrinin zirvəsində dayanan "Xəmsə"də milli təəssübkeşlik, vətənpərvərlik, dövlətçilik ənənələri, ədalət prinsipi, poemalarının hər birinin süjetindəki mənəvi-əxlaqi dəyərlər indiki zaman üçün də öz aktuallığını qoruyub saxlayır

Onlayn tədbirdə gənclərin təşəbbüsləri və təklifləri dinlənilib, onlara fəaliyyətlərində hər zaman ədalətlilik, təvazökarlıq və mədəni davranış prinsiplərini daim rəhbər tutmaları, vəzifələrinin icrasına məsuliyyətlə yanaşmaları vurğulanıb. Gənclər dövlət başçısının ətrafında sıx birləşərək doğma Vətənimizin hərtərəfli tərəqqisi naminə sədaqətlə və əzmkarlıqla çalışacaqlarını bildiriblər. 

Gənclər günü həmçinin, nazirliyin struktur qurumlarında qeyd olunub, o cümlədən "Ədliyyə Könüllüləri" İctimai Birliyi tərəfindən gənc könüllülərlə videokonfrans vasitəsilə tədbir keçirilib.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin