22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
İdman / Sosial 2.02.2021 3 505

Azərbaycanın idman brendi olan "İl Azero" Vətən Müharibəsində qazandığımız qələbəyə yeni kolleksiya həsr edib.  “Üç rəngi sev” adlı kolleksiya, milli çalarlarla tərtib olunmuş möhtəşəm dizaynı ilə hər kəsi əzəli torpağımız- Qarabağın əsl sahiblərinə geri qayıtması münasibətilə təbrik edir.
Həmçinin geyimlərindəki rəngarəngliyi ilə seçilən milli brendin formalarında, 3 rəngli şanlı bayrağımızın rənglərinə xüsusilə yer verilir.

Onu da qeyd edək ki, bu kolleksiya kommersiya məqsədi daşımır. "Üç rəngi sev" kolleksiyası ölkəmizin atributlarını, naxış və simvollarını təbliğ edərək, dünyanın müxtəlif ölkələrində ölkəmizi layiqincə təmsil edən dəyərli idmançı, ictimai xadim və ən əsası qanı-canı bahasına QARABAĞ zəfərini bizə yaşadan qazi qardaşlarımızı hədiyyələrlə sevindirmək üçün nəzərdə tutulub.

Dəyərli müştərilər, böyük maraq və sevginizi görməkdən çox şadıq. Bir daha qeyd edək ki, bu kolleksiya satış üçün nəzərdə tutulmayıb. 

“İl'Azero”-nun daha bir özəlliyini sizə çatdırmaq istəyirik.
Belə ki, Avropa texnologiyası ilə tikilmiş geyimlər bədən tərini özündə saxlayaraq onun nəfəs almasına şərait yaradır. Həmçinin yuyulduqda belə rəngini itirmir.
Şirkətin məhsulları Polşada istehsal olunur və müxtəlif ölkələrdən bu məhsullara böyük maraq göstərilir. Bunun nəticəsində artıq Polşa voleybol elitasının bir neçə üzvü “İl’Azero”-nun daimi müştərisidir.  Onu da qeyd edək ki, müştərilər arasında müğənnilər, televiziya aparıcıları və digər məşhurlar da var.

Operativ24.az






Starxeber Bizi instagramda izləyin