22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |     14:56 “Sağlamlığın Qorunması” İctimai Birliyi və TƏBİB arasında memorandum imzalanıb  |     13:41 “CineMastercard” kinoteatrında çoxdan gözlənilən “Dune 2” ScreenX-də  |    
Sosial 2.02.2021 576

Vətən müharibəsi qaziləri üçün “Böyük Qayğı” proqramına start verildi


“Böyük Qayıdış” Gənclər Təşkilatının başladığı “Böyük Qayğı” proqramı çərçivəsində Bakı şəhəri və Abşeron rayonunda yaşayan Vətən müharibəsi qaziləri Proqramın səfirləri və könüllülərinin iştirakı ilə ziyarət olunublar. 

Qazilərə “Böyük Qayğı” proqramı çərçivəsində könüllülər tərəfindən onlar üçün həyata keçiriləcək fəaliyyətlər haqqında  məlumat verilib. Görüşlərdə həmçinin müxtəlif sahələrdə tanınan, Vətən müharibəsi zamanı arxa cəbhədə öz dəstəyini əsirgəməyən, cəmiyyətdə sevilən simalardan Murad Arif və Pərviz İsaqov (PRoMete) proqramın “Ulduz səfirlər”i qismində iştirak edib, qazilərlə həmsöhbət olub, onlara dəstəklərini bildiriblər.

Proqramın məqsədi Vətən müharibəsində sağlamlığını itirmiş qazilərimizi qayğı ilə əhatə etmək, onların sosial reabilitasiyasına dəstək olmaq, qəhrəman qazilərimizi cəmiyyətdə, xüsusilə gənclər arasında tanıtmaq, gənclərin Vətən üçün döyüşən insanlara dəstəyini göstərməkdir. 

Bu məqsədlə mobil könüllü qrupları yaradılıb. Proqram boyunca sosial həssas qruplarla işləmə bacarığı ilə bağlı təlimlərdə iştirak etmiş və fəaliyyətləri zamanı zəruri olacaq ləvazimatlarla təmin edilmiş könüllülər davamlı olaraq qazilərimizi ziyarət edəcək, onların asudə vaxtının daha maraqlı təşkili, eləcə də tədbir və təlimlərdə iştirakı, müxtəlif yerlərə getmələrinə kömək olacaqlar. Həmçinin, xüsusi günlərdə qazilərin iştirakı ilə maraqlı görüş və tədbirlərin təşkil edilməsi də nəzərdə tutulub.

Proqrama qoşulmaq və təşkilatın gələcək layihələrində iştirak etmək istəyən gənclər “boyukqayidish.az” saytı və İctimai Birliyin sosial media hesabları və ya info@boyukqayidish.az elektron poçtu vasitəsilə əlaqə yarada bilərlər. Ziyarətlər zamanı hazırlanan video və foto hesabatlarla təşkilatın internet resurslarında tanış olmaq mümkündür.


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin