17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sosial 2.02.2021 873

“Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsi

Ümumi təhsil müəssisələrinin şagirdləri arasında “Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsinə start verilib.
 
Təhsil Nazirliyi, Türkiyə Təhsil Müşavirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilən onlayn şeir müsabiqəsinin əsas məqsədi Vətən müharibəsində torpaqlarımız uğrunda canından keçmiş şəhidlərimizin qəhrəmanlıq yolu ilə yaxından tanış olmaq və olanların əziz xatirəsini daim anmaq, qazanılan zəfəri bütün Türk dünyasının qələbəsi olduğunu geniş ictimaiyyətə çatdırmaq, gələcəyimiz olan şagirdlərin vətənpərvər ruhda formalaşdırılması işinə təkan vermək, xüsusi istedada malik olan uşaqları aşkar etməkdən ibarətdir.
 
"Qarabağ şəhidləri və Qarabağ zəfəri” adlı onlayn şeir müsabiqəsi Azərbaycan və Türkiyədən olan IX-XII sinif şagirdləri arasında təşkil olunur. Hər məktəbli yalnız bir şeirlə müsabiqəyə qatıla bilər. Müsabiqə və nəticələri barədə ətraflı məlumatı baku.meb.gov.tr ünvanından əldə etmək mümkündür.
 
 Müsabiqənin yekununda 50 ən yaxşı şeir seçilərək kitab halında dərc olunacaq. İlk üç yerin qalibləri isə diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin